Sosial

Naxçıvanda vəzifəli şəxslərə cinayət işi açıldı

6 Noyabr, 2023
315

Açıq mənbələrdən götürülüb

Naxçıvan

Naxçıvanda rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər saxlanılıb. 

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 6-da Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.

https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp

Araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitəsinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Muxtar Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələrilə cinayət işi başladılıb. 

Hazırda ibtidai istintaq aparılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Polis 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı araşdırma aparır

11 Dekabr 2023

Rəsmi səhifə

Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılıb. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Daxili İşlər Nazirliyindən bildirilib.  Məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. https://toplum.tv/sosial/pbaki-ilahiyyat-kolleci-yaradilibp Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə...
Sosial

Soyuqlar düşəcək, qar yağacaq

11 Dekabr 2023

Trend.az

Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Toplum TV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq. Rayonlarda da dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Regionlarda da havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. 

Seçilmiş Videolar

Toplum TV loqo