Açıq mənbələrdən götürülüb
Emin Əmrullayev
"Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq".
Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
“Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- nazir açıqlamasında qeyd edib.
https://toplum.tv/sosial/pazerbaycan-mekteblerinde-telefon-qadagan-edile-bilerp
Emin Əmrullayev çıxışında hazırkı təhsilin keyfiyyətindən də danışıb.
"Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik", - o qeyd edib.
O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik:
"Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır