sosial media
"Xeberman.com" saytının rəhbəri Polad Aslanov 1 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasını dayandırıb.
Bu barədə "Turan"a martın 3-də jurnalistin həyat yoldaşı Gülmira Aslanova məlumat verib.
“Polad bu gün zəng vurub anasına aclıq aksiyasını dayandırdığı barədə məlumat verib. Mən 5 dəqiqə danışıq istədim, mənə nə danışıq, nə də görüş verdilər”, - deyə Aslanova qeyd edib.
Onun sözlərinə görə, Ombudsman aparatı ilə əlaqə saxlayıb və onlar da aclıq aksiyasının dayandırılmasını təsdiq ediblər.
2019-cu il noyabrın 16-da "xeberman.com" saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edib.
Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar.
2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxılmasına başlanıb. İclasda o, prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.
Heinrich-Böll-Stiftung
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış