Sosial

Polis dələduzluqda təqsirləndirlən şəxsi niyə tapa bilmir?

18 May, 2022
1088

Toplum Tv

Fəyyaz Ələkbərov 2020-ci ildə MİDA yaşayış kompleksindən ev almaq istəyərkən fırıldaqla üzləşdiyini bildirir.

Şikayətçinin sözlərinə görə, Əli Hüseynov adlı şəxs ondan və daha 8 nəfərdən 10 mindən çox pul alaraq yoxa çıxıb.

Yasamal rayon Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə (dələduzluq) təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. Qərarın icrası Yasamal rayon Polis İdarəsinə həvalə edilib.

Lakin axtarış qərarından 3 aydan çox vaxt keçməsinə baxmayaraq, Yasamal rayon Polis İdarəsi Əli Hüseynovu tapa bilmədiyini deyir.

"Əli Hüseynov məndən 10 min 350 manat, dostumdan isə 10 min 850 manat hissə-hissə pulu almışdı. Sonuncu gün bizi VTB bankın qabağına çağırmışdı, dedim ki, axı bu işə Kapital Bank baxır. Onda bildim ki, adam fırıldaqçıdır. O da hər dəfə yanında 2-3 nəfər adam gətirirdi ki, guya işləri onlar görür. Bankın qabağına getdik ki, heç kəs yoxdu, nömrələrinə də zəng çatmır".

Bundan sonra F. Ələkbərbərov və dostu 28-ci polis bölməsinə şikayətə gediblər.

"Ordan da şikayətimizi Yasamal rayon Polis İdarəsinə, müstəntiq Məmmədəli Cümşüdova yönəltdilər. Müstəntiq prosesi 5-6 ay uzatdı, dedilər ki, guya axtarışdadır. Deyirdim ki, adı bəlli, yeri bəlli, axtarış niyə bu qədər uzun çəkir ki? Sonradan Əli Hüseynovu yox, onunla işbirliyi edənləri tutdular. Biz razılaşmadıq, müstəntiq Məmmədəli Cümşüdovdan şikayət etdik".

mida.gov.az

O, şikayətdən sonra müstəntiqə töhmət verildiyini və işə başqa müstəntiqin baxdığını bildirir.

Nəhayət, avqustda məsələ ilə əlaqədar məhkəmə başlayıb. Fəyyaz Ələkbərovun sözlərinə görə, Ə. Hüseynov heç bir məlumat vermədən son 2 məhkəmə iclasında iştirak etməyib.

O iddia edir ki, Əli Hüseynovun qardaşı Kamil Hüseynov bir neçə mənzil tikinti kooperativinin sahibi, həmçinin dövlət orqanlarından birində səlahiyyətli şəxs olduğundan polis bu işi düzgün araşdırmır.

"Artıq 3 aydır ki, polis işə baxmır. Hər həftə bölməyə zəng edirəm. Bütün qohumlarının nömrələrini də tapıb polisə təqdim etmişəm. Guya tapa bilmirlər. Amma bilirəm ki, ona qardaşına görə dəyə bilmirlər. Əli Hüseynov hələ ibtidai istintaqda dedi ki, polisdə tanışları çoxdur, əgər qaçıb gizlənsə, onu heç kim axtarmayacaq. Görünür, sözlərində həqiqət var imiş. Bəs bu insan nə vaxtadək havadarlarının himayəsində olacaq?".

Araşdırmalardan bəlli olur ki, Əli Hüseynov və qardaşları tikinti sektorunda bir neçə şirkətə sahibdirlər. O, 2007-ci ildə dövlət qeydiyyatına alınan "Əlihüseyn" MMC-nin qanuni təmsilçisidir. Qardaşı Kamil Hüseynov isə “Akkord Azər-Yurd” MMC-nin sahibi, "Azər-Yurd" MMC-nin və "Deutsche Fassaden Technologien" MMC-nin direkoru olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında 2019-cu ildə Kamil Hüseynova “Çinar” MTK adından tiktinti aparması üçün icazə alındığı qeyd olunur.

Digər qardaş Vaqif Hüseynov isə 2007-ci ildə qeydiyyata alınan "KOMBARO-AZERLAND" MMC-nin qanuni təmsilçisi, 2005-ci ildə qeydiyyata alınan "DİZAYN" MTK-nın direktoru olub.

Ə. Hüseynovun vəkili Ədalət Əhmədli “Toplum TV”-yə müvəkkili barədə məlumatsız olduğunu söyləyir. Vəkilin sözlərinə görə, qohumlardan sadəcə Ə. Hüseynovun xəstə olduğunu və “yoxa çıxdığını” öyrənə bilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsininin rəisi Elşad Hacıyevin “Toplum TV”-yə dediyinə görə, Ə. Hüseynovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo