"İçərişəhər" Tarix-Memarlıq Qoruğunun qala divarında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək rəmzi olan Z hərfi yazılıb.
"Turan"ın məlumatına görə, hadisə dünən, iyunun 14-də baş verib.
Polis onu yazan şəxsi müəyyən edərək saxlayıb.
O, Bakı sakini, 67 yaşlı Aleksandr Saprıkindir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Saprikinin saxlanması barədə məlumatı təsdiqləyiblər. Nazirlikdən qeyd ediblər ki, faktla bağlı inzibati icraat çərçivəsində araşdırma aparılır.
https://toplum.tv/dunya/kreml-ukraynadaki-muharibenin-hansi-halda-basa-catacagini-aciqladi
"İçərişəhər" YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş tarixi abidədir.
Azərbaycan qanunvericiliyində vandalizm aktına görə təkcə inzibati yox, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.
Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?