Sosial

Polisi göstərib dedi: narkotiki üstümə bu atdı

Leyli Cəfərova
30 İyun, 2022
859

Açıq mənbələrdən götürülüb

İyunun 30-da Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mütəllim Orucovun məhkəməsi davam etdirilib.

Mütəllim Orucov ötən ilin oktyabrında - siyasi mühacir kimi yaşadığı Almaniyadan deportasiya olunduqdan beş ay sonra narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Məhkəmə iclası başlayan kimi vəkil Nemət Kərimli müvəkkilinin şüşə qəfəsdən çıxarılmasını xahiş edib.

Hakim vəsatəti təmin edib, nəzarətçilər Mütəllim Orucovu şüşə qəfəsdən çıxararaq vəkilin yanında oturdublar.

Məhkəmə iclasına şahid kimi DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməliyyatçısı Rövşən Məmmədəliyev və Elman Quliyev dəvət olunmuşdu. Onlar ifadələrində göstərdilər ki, Mütəllim Orucovda narkotik olması barədə əməliyyat məlumatı alıblar.

Mütəllim Orucovsa barmağını Elman Quliyevə tərəf uzadaraq: “Maşında narkotiki mənim üstümə bu atıb”, - dedi.

Bundan əvvəlki məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Mütəllim Orucov demişdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu soyunduraraq videogörüntülərini çəkiblər, butılkaya oturdacaqlarıyla hədələyiblər.

Narkotiki üzərinə götürməsini tələb ediblər. Əks halda həmin görüntüləri yayıb onu rüsvay edəcəkləri ilə şantaj ediblər. O da deyilənlərlə razılaşmaq məcburiyyətində qalıb.

Sonra vəkil Tural adlı şəxsin əlavə şahid kimi məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırdı. Vəsatətini belə əsaslandırdı ki, həmin şəxs Mütəllim Orucovu sonuncu dəfə zəng vuraraq evdən çağırıb.

Mütəllim Orucov deyilən yerə gələndə “Bandotdel” əməliyyatçılarına tuş gəlib, onu zorla maşına oturdub aparıblar.

Vəkil hesab edir ki, polislər Mütəllim Orucovu tutmaq üçün Tural adlı şəxsdən istifadə ediblər. Hakim vəsatəti təmin etdi.

Məhkəmə iclası iyulun 21-də davam edəcək.

Mütəllim Orucova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, bu maddə ilə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında Orucovun siyasi motivlərlə - Almaniyada Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarının iştirakçılarından biri kimi həbs edildiyi qənaətindədirlər. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...
Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 

Seçilmiş Videolar

Toplum TV loqo