Əməkdar mədəniyyət işçisi, televizya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Report xəbər verir ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, mərhumun həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Hadisənin Abşeron rayonu ərazisində baş verdiyi bildirilir.
TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, sürücü Oqtay Əliyev bir müddət əvvəl ürəyindən əməliyyat olunubmuş. Avtomobili "VAZ" dairəsindən Saray yolu istiqamətində idarə edərkən qəfil ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media