Açıq mənbələrdən götürülüb
Naxçıvan
Sakin: “Domino oynamağın Naxçıvanda islahata nə dəxli var?”
Gələn il Naxçıvan Muxtar Respublikasının (NMR) yaranmasının100 ili tamam olur. Bu ərəfədə Prezident İlham Əliyev Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair dövlət proqramının təsdiqlənməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Muxtar Respublikada azad iqtisadi zona yaradılacaq, vergi, gömrük sahəsində vətəndaşlara güzəştlər ediləcək. Bundan başqa, bölgədə dəmiryolu infrastrukturu yenidən qurulacaq, aşağı büdcəli aviareyslər təşkil olunacaq, turizm inkişaf etdiriləcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy belə sərəncamların adətən kağız üzərində qaldığını desə də, sözügedən dövlət proqramının naxçıvanlılar arasında ümid yaratdığını söyləyir. Müxalifətçinin sözlərinə görə, əhalinin ən böyük gözləntisi isə işsizliyin aradan qaldırılması ilə bağlıdır.
Muxtar Respublikada işsizlərin çoxu Türkiyədə, ya da Azərbaycanın başqa bölgələrində işləyirlər.
“Naxçıvan sakinləri işsizlikdən çox əziyyət çəkirlər. Bu sərəncamdan sonra Naxçıvan sakinləri arasında bir mövzu daha çox müzakirə olunur. Bu sərəncamla Naxçıvanda azad iqtisadi zona yaratmaq istəyirlər. Bu, naxçıvanlılara daha maraqlı gəlir”, - Yaşar Bağırsoy deyib.
Ondan fərqli olaraq NMR sakini Ülviyyə Məmmədlinin sərəncamla bağlı gözləntiləri böyükdür və sənəddə verilən vədlərin gerçəkləşəcəyinə inanır:
“Artıq Naxçıvanın inkişafı üçün işlər görülməyə başlanıb. Məsələn, yeni iş yerləri açılacaq, özəl məktəblərin sayı artacaq. Azad iqtisadi zonanın yaradılması Naxçıvanın inkişafına yaxşı təsir göstərəcək. Muxtar Respublikaya sərbəst şəkildə mal gətiriləcək, Naxçıvana keçirilən mallardan gömrükdə rüsüm tutulmayacaq. Bunlar Naxçıvanın inkişafı üçün yaxşı olacaq”.
Digər bir Naxçıvan sakini Nağı Nağıyev isə Muxtar Respublikada müsbət dəyişikliklərin baş verəcəyinə inanmır.
“Sistem dəyişməyib. Yəni icra hakimiyyətidi, nazirliklərdi olduğu kimi qalıb. Sistem dəyişmədikcə sərəncam nə olur-olsun, islahatlar nə olur-olsun, Naxçıvanda müsbət dəyişiklik olacağını gözləmirəm. Çünki ötən il hamı Naxçıvandan müsbət dəyişiklik gözləyirdi. Amma bu dəyişikliklər bir-iki həftə çəkdi. Lakin bir müddət sonra hər şey əvvəlki axarına qayıtdı. Sadəcə çayxanalarda domino oynamağa icazə verildi. Domino oynamağın islahata nə dəxli var? Nəyi millətin xeyrinədir?..”
Nağı Nağıyev bildirir ki, tək Muxtar Respublika yox, bütövlükdə Azərbaycanda rəhbərlik, sistem dəyişmədikcə NMR daxil ölkənin heç bir yerində müsbət mənada heç nə dəyişməyəcək.
Nigar Nəcəfova
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?