Sosial Media
Sel fəlakəti
Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub.
Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib.
İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb.
Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir.
Göygölün bəzi kəndlərində güclü sel yerüstü qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir-bərpa işləri davam etdirilir.
Daşkəsəndə də leysan yağışları fəsadlar törədib.
Leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub.
Yollarda sel-sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb, - deyə məlumatda qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
FHN