açıq mənbədən götürülüb
Aprelin 20-də Bakının Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü qadın qətlə yetirilib.
Bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatda deyilir ki, aprelin 20-si saat 12 radələrində Ülviyyə İsmayılova aldığı xəsarətlərdən ölməsi barədə onlara məlumat daxil olub.
"Aparılan ilkin araşdırmalarla zərərçəkmişin 2007-ci il təvəllüdlü oğlu qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb", - məlumatda deyilir.
Qətlə yetirilən qadının 15 yaşlı oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Mənbə:APA
Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”