Sosial

Prokurorluqdan kişi və qadınlar üçün ayrı-ayrı çimərlik tələb edənlərə xəbərdarlıq 

4 Avqust, 2022
671

Rəsmi səhifə

Baş Prokurorluq internet resurslarında bir-birini təhqir edən şəxslərə xəbərdarlıq edib. 

Bu barədə Baş Prokurorluğun avqustun 4-də yaydığı məlumatda deyilir.

Bildirilib ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınması, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılması halları baş verir.

Məlumatda qeyd olunur ki, Baş Prokurorluq tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Abşeron rayon sakini Təyyar Hüseynli  fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslərin barəsində kəskin və təhqiramiz ifadələr işlədib.

https://toplum.tv/sosial/azerbaycanda-mescidlerde-qadinlara-vezife-verilecek

Bunun davamı olaraq baş verən müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Sənədə görə, bununla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub.

Prokurorluqda həmin şəxslərlə aparılan söhbət zamanı belə yazıların yanlış olduğunu dərk etdiklərini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onlara xəbərdarlıq elan edilib.

Baş Prokurorluq media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə belə məlumatların yayılmamasını tələb edir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyini bildirir.

Təyyar Hüseynli çimərliklərə öz xanımları ilə gələn kişiləri qınayıb və təhqir edib. O, gender prinsipi üzrə ayrı-ayrı çimərliklərin yaradılmasını təklif edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Oqtay Əliyev yol qəzasında həyatını itirdi

22 Mart 2023
Əməkdar mədəniyyət işçisi, televizya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.  Report xəbər verir ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.  Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, mərhumun həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. Hadisənin Abşeron rayonu ərazisində baş verdiyi bildirilir. TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib...
Sosial

Bayram günlərinin hava proqnozu açıqlanıb

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb. Toplum TV xəbər verir ki, bu barədə martın 17-də Milli Hidrometeorologiya Xidmətindən bildirilib.  Məlumata görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir. https://toplum.tv/siyaset/psusaya-ilk-turist-seferleri-baslayirp Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

Seçilmiş Videolar

Toplum TV loqo