Amerikalı aktyor Stiven Siqal və oğlu Dominik “Beş element” şirkətini Rusiyada qeydiyyatdan keçiriblər.
RBK portalının Hüquqi şəxslərin vahid dövlət reyestrinə istinadən yaydığı xəbərdə belə deyilir.
Məlumatlara görə, 33-yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığı alıb. Nizamnamə sənədləri “Beş element” şirkətinin uşaqlar üçün içməli su və alqokolsuz içki istehsalı üzrə ixtisaslaşdığını göstərir. Onun hüquqi ünvanı isə Moskvada Matrosskaya Tişina küçəsi göstərilib.
Stiven Siqala 2016-cı ildə vətəndaşlığı şəxsən Prezident Vladimir Putin təqdim edib. Kreml bəyan edib ki, Rusiya prezidentinə, Ukraynanın Krımı ilhaq etməsinə açıq dəstək bildirən aktyor “uzun müddət müvafiq xahişlə müraciət edib”.
İki il sonra Siqal fərdi sahibkar kimi qeydiyyatdan keçərək Moskvada “Steven Seagal Group”u təsis edib. Rəsmi reyestrdə qeyd olunub ki, şirkət “konsert zallarının, teatrların, opera binalarının, musiqi zallarının fəaliyyəti, o cümlədən bilet kassalarının xidmətilə” məşğuldur.
Bu ilin fevralında Putin Siqala “Dostluq” ordeni verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media