Sosial

TƏBİB: Qızılcaya yoluxma halları artır

1 Dekabr, 2023
291

Açıq mənbələrdən götürülüb

Qızılca

"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur".

Toplum TV “Report”a istinadən xəbər verir ki, bunu dekabrın 1-də TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

https://toplum.tv/sosial/pdaha-bir-usaq-qizilcadan-vefat-edibp

Turan İbrahimova bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var.

Son günlərdə ölkədə iki uşağın qızılcadan vəfat etdiyi bildirilib. Noyabrın 30-da Ümudünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

Bu gün həmçinin məlum olub ki, Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai sinifləri qızılca xəstəliyinin yayılmasıyla əlaqədar distant tədrisə keçib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo