Sosial

Pünhan Kərimli məhkəmədə polislərə: Narkotiki özünüz atmışdınız üstümə

8 İyun, 2022
1066

Açıq mənbələrdən götürülüb

“Özünüz də yaxşı bilirsiniz ki, məndə narkotik olmayıb. Bəs niyə araşdırmadınız ki, narkotiki kimdən almışam, kimə satacaqdım... Çünki o narkotiki özünüz atmışdınız üstümə”. 

Bunu iyunun 8-də məhkəmədə polislər şahid qismində ifadə verərkən AXCP üzvü, Almaniyadan Azərbaycana deportasiya olunandan sonra narkotik ittihamıyla həbs edilən Pünhan Kərimli deyib. Məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. İclasa heç kim buraxılmır.

Məhkəmədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin üç əməkdaşı şahid ifadəsi verib. Onlar ifadələrində göstəriblər ki, Pünhan Kərimlini əməliyyat məlumatı əsasında saxlayıblar. Ancaq üzərinə baxışı saxlandığı yerdə yox, Nərimanov rayon Polis İdarəsində keçiriblər. Polislərin dediyinə görə, onun üstündən heroin və metamfetamin çıxıb. Polislər ifadələrində deyiblər ki, Pünhan Kərimli heroini və metamfetamini Xətai rayonu ərazisində tanımadığı şəxsdən alıb.

Pünhan Kərimli məhkəməyə bildirib ki, polislər yalan danışır. O, polislərə: “Özünüz də yaxşı bilirsiniz ki, məndə narkotik olmayıb. Bəs niyə araşdırmadınız ki, narkotiki kimdən almışam, kimə satacaqdım... Çünki o narkotiki özünüz atmışdınız üstümə”, deyib.

Ötən məhkəmə iclasında Pünhan Kərimlinin vəkili Cavad Cavadov onun atası Vahid Kərimovun şahid kimi dindirilməsinə görə vəsatət qaldırmış, məhkəmə vəsatəti təmin etmişdi. Bu gün Vahid Kərimov da ifadə verib. O, bildirib ki, həmin gün oğlu taksi fəaliyyətilə məşğul olmaq üçün VÖEN açdırmaq məqsədilə vergi idarəsinə gedib. Pünhan Nərimanov parkında ondan ayrılaraq vergi idarəsinə gedib. Onun tutulduğundan isə yalnız gecə xəbər tutub.

Vahid Kərimov oğlunun narktikdən uzaq birisi olduğunu, Almaniyada mühacirətdə olarkən etiraz aksiyalarında iştirak etdiyinə görə şərləndiyini deyib: “Pandemiya vaxtı Yasamalda polislərin başına zibil atmışdılar, sabahı gün polislər adamları evlərindən döyə-döyə lüt aparmışdılar. Oğlum da buna etiraz edənlərin arasındaydı. Şərlənməsinin səbəbi də budur”.

Vahid Kərimov məhkəmədə iştirak etmək istəyənlərin məhkəmə zalına buraxılmamasına da narazılığını bildirib.

Vəkil Cavad Cavadov Pünhan Kərimli saxlanıldığı yerdə olan kameraların görüntülərinin alınması ilə bağlı vəsatət qaldırsa da, hakim təmin etməyib. Pünhan Kərimli isə narkotik istifadəçisi olub-olmamasıyla bağlı təkrar ekspertiza keçirilməsini tələb edib. Deyib ki, ondan heç bir qan analizi götürülmədən sənədləşdirilib. Bu vəsatət də təmin olunmayıb.

Məhkəmə iclası iyunun 22-də davam edəcək.

Ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə qayıdan Pünhan Kərimli yanvarın 25-də saxlanılıb. Onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. İttihama görə,

Pünhan Kərimlidən 7,5 qram heroin və 2,5 qram metamfetamin tapılıb. Fəal narkotik maddələrin onun üzərinə qoyulduğunu deyib.

Pünhan Kərimli isə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə bildirib ki, onu siyasi motivlərlə, Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarda iştiraka görə həbs ediblər.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Almaniyadan göndərilmiş daha bir fəal Cəfər Mirzəyev yanvarın 27-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb.

Bundan əlavə, Almaniyadan qayıdan daha iki fəal - Mütəllim Orucov və Malik Rzayev ötən ilin payızında həbs edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo