Açıq mənbələrdən götürülüb
Xəzər dənizi
"Son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb"
Toplum TV xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
O bildirib ki, Xəzər dənizinin səviyyəsinin enməsi çox ciddi məsələdir və bunu kompleks araşdırmaq üçün Xəzəryanı ölkələrin mütəxəssisləri öz səylərini birləşdirməlidirlər.
https://toplum.tv/iqtisadiyyat/4-olke-transxezer-dehlizi-ile-bagli-yol-xeritesi-qebul-etdi
"Çox təəssüf ki, bu günə qədər Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb. Dövri enmə və qalxmalar müşahidə olunur. Bu məsələ son zamanlar daha çox aktuallaşıb. Məqsədimiz ondan ibarətdir ki, Xəzəryanı 5 ölkə tərəfindən Xəzər dənizinin razılaşdırılmış səviyyə tərəddüdlərinə dair ümumi bir ssenari hazırlansın və həmin ssenariyə uyğun ölkələr uyğunlaşma proqramlarını təqdim etsin", - deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb:
"Təbii ki, bu, Xəzərin səviyyəsinə təsir edən amillərdən biridir. Amma digər amil temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasıdır".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb