Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr, 2023
160

Sosial Media

Səhnəçal

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir.

Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. 

“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub. 

https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp

Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.

Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo