Sosial

Zəngilan şəhərində yaşayacaq əhalinin sayı açıqlanıb

6 Noyabr, 2023
276

Açıq mənbələrdən götürülüb

Zəngilan

Zəngilan şəhərinin ümumi ərazisi – 333 hektar, əhali sayı isə – 16000 nəfər olacaq.

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. 

Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək.

https://toplum.tv/sosial/pgelen-il-doumlvlet-buumldcesinden-cemi-7-rayona-vesait-ayrilacaqp

Şəhərdaxili küçə-yol şəbəkəsinin uzunluğu 29 km, velosiped yollarının uzunluğu isə 14,6 km kimi nəzərdə tutulub. 

Bildirilir ki, baş plan əsasında ilk mühüm layihələr artıq reallaşdırılıb. Bunlar Zəngilan Beynəlxalq Hava Limanı və Zəngilan Konqres Mərkəzidir.

Eyni zamanda, hazırda şəhərdə bir sıra layihələrin sürətlə davam etdirildiyi qeyd olunub. 

Bunlar 630 ailənin yaşayacağı 4 yaşayış məhəlləsi, 960 yerlik tam orta məktəb, 160 yerlik uşaq bağçası, 91 çarpayılıq mərkəzi rayon xəstəxanası, inzibati bina, İşğal və Zəfər muzeyləri kompleksidir. 

Zəngilanın Baş planının hazırlanması üçün İsveçrənin “sa_partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu əməkdaşlıq ediblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

TƏBİB: Qızılcaya yoluxma halları artır

1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur". Toplum TV “Report”a istinadən xəbər verir ki, bunu dekabrın 1-də TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib. Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. https://toplum.tv/sosial/pdaha-bir-usaq-qizilcadan-vefat-edibp Turan İbrahimova bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var. Son günlərdə ölkədə iki uşağın qızılcadan vəfat etdiyi bildirilib. Noyabrın 30-da Ümudünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi əhalini...
Sosial

Daha bir uşaq qızılcadan vəfat edib

1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Sabirabadda 1 yaşlı uşaq qızılca xəstəliyindən həyatını itirib.  Toplum TV xəbər verir ki, bu barədə noyabrın 30-da TƏBİB məlumat yayıb.  Bildirilir ki, 2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. https://toplum.tv/sosial/pdeputat-qizilcayaya-goumlre-buumltuumln-tehsil-muumlessiseleri-baglanmalidirp "Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib", - məlumatda qeyd olunub.  TƏBİB-in məlumatına görə, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Amma valideynlər digər peyvəndlərdən imtina ərizəsi yazıblar.  Bundan...

Seçilmiş Videolar

Toplum TV loqo