Sosial

Qabil Məmmədovun qardaşı: Niyaməddin Əhmədovun borcunu qaytarırdı

19 İyun, 2021
184

Turan

Vəkilin vəsatəti təmin olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun məhkəməsi iyunun 18-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında "Youtube” sosial şəbəkəsində Azərbaycan hakimiyyətinin tənqid, bir sıra hallarda, hətta təhqir edən Qabil Məmmədovun qardaşı Adil Məmmədov şahid qismində ifadə verib.

Niyaməddin Əhmədova qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin. Ona görə də AXCP fəalına qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb.

Lakin məhkəmədə ifadə verən Adil Məmmədov bildirib ki, qardaşı Almaniyaya getməmişdən əvvəl bir çoxuna borcu vardı. Onun borclu olduğu şəxslərdən biri də Tovuz rayonunda yaşadıqları kənddə qonşu olduqları Niyaməddin Əhmədov olub. Qabil Məmmədov Almaniyadan mütəmadi olaraq, müxtəlif şəxslərlə pul göndərərək, borclu olduğu adamlara hissə-hissə qaytarmasını istəyib. Qardaşının sözlərinə görə, o da Qabil Məmmədov tapşırdığı qaydada adamlara, o cümlədən Niyaməddin Əhmədova borclardan qaytarırdı.

Məhkəmədə o da məlum olub ki, AXCP üzvləri Emil Səlim və Ruslan Əmirov Niyaməddin Əhmədovun işi üzrə istintaqda şahid qismində dindirilsələr də, məhkəmədə dindiriləcək şahidlərin siyahısına onların adları daxil edilməyib. Vəkil Zibeydə Sadıqova onların məhkəmədə də dindirilməsini istəyib və bu barədə vəsatət qaldırıb. Vəsatət təmin edilib və onların iyunun 25-də keçiriləcək növbəti məhkəmə iclasında dindirilməsinə qərar verilib.

AXCP-dən Meydan TV-yə bildirilib ki, Niyaməddin Əhmədov 1 ildən artıqdır həbsdə olmasına baxmayaraq, onun ailə üzvlərilə həftədə iki dəfə telefonla danışmaq hüququ indiyədək pozulur. Bununla əlaqədar üç dəfə Sabunçu Rayon Məhkəməsinə müraciət olunsa da, hakimlər baxmaqdan imtina edib. Həmin qərarlardan verilən apelyasiya şikayətləri də təmin olunmayıb: "Avropa Məhkəməsinə şikayət etməkdən başqa çarə qalmayıb”.

Niyaməddin Əhmədovun səhhətində də problemlər yarandığı bildirilir: "Xüsusən mədə ilə bağlı problemlər yaranıb. Dərmanların çatdırılmasına çalışacağıq”.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.(Meydan TV)

Sosial

İki dəfə vaksin vurduranların sayı 2 milyonu keçdi

29 İyul 2021

BBC

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 247 vaksin vurulub. Bu barədə iyulun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 609 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı2 777 752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020 534 təşkil edir.
Sosial

Son sutkada yoluxanların sayı

29 İyul 2021

Sosial Media

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib. 4 955 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, bu günə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.
Seçilmiş Videolar