Sosial
Qanunsuz hərbi forma geyinənlər cərimə olunacaqlar - VİDEO
15 Yanvar, 2021
106
FOTO: https://mod.gov.az/
 
Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir.

Bu barədə yanvarın 15-də nazirlikdən məlumat verilib.

"Bildiririk ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.

Qeyd edək ki, hərbi geyim formasının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.

"Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırırıq", - deyə nazirliyin məlumatında bildirilib.
 

Sosial

Tənha şair - inkarçı Xudayi...

Şəmşad Ağa
5 Mart 2021

Toplum TV

İbrahim Xudayi - bu imza çoxlarına sosial şəbəkələrdən tanışdır. Satirik şeirləri ilə gündəmə gələn şair Salyanda 104 saylı yataqxanada tək-tənha yaşayır.  Bu, təkcə şair yalnızlığı deyil, həm də taleyin ona biçdiyi ömür yoludur. Bəlkə, buna görə həm dünyada, həm də təkotaqlı yataqxana hücrəsində özünü qonaq sayır. Bəlkə, buna görə "İlahi, qapına qonaq gəlmişəm" şeirində belə yazır: - Bir əsrin yükünü bir gündə çəkdim,  Həyata hər kəsdən qabaq gəlmişəm... Onun şeirlərində "Bəlkə, heç Allah da yoxdur" ifadəsi də bu tənhalıqdan doğan yaradıcı bir üsyandır… HAŞİYƏ: Xudiyev İbrahim Xudaverdi oğlu 1990-cı il dekabrın 22-də Salyan şəhərində doğulub.  İbrahimdən  4 il sonra qardaşı...
Sosial

İcra hakimiyyətləri sükut edirlər: 28 sorğuya 4 cavab

Roza Məmmədova
5 Mart 2021

Açıq mənbələrdən

2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yerləri açılıb, onların 54,9 faizi qeyri-dövlət sektorunun payına düşüb - Dövlət Statistika Komitəsinin (DSK) hesabatında belə deyilir. Hesabata görə, yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30 faizi digər regionların, o cümlədən 6,6faizi Lənkəran, 6 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Hesabatda qeyd olunur ki, yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa...
Seçilmiş Videolar