Sosial

Qanunsuz tikilən sənədsiz evlərin gətirdiyi problemlər - Dövlət üçün iqtisadi ziyanları nələrdir?

Vüsalə Mikayıl
21 Dekabr, 2021
2566

Açıq mənbələrdən götürülüb

Röya Məmmədova artıq 2 ilə yaxındır ki, Xırdalanda yaşadığı evi öz adına  rəsmiləşdirə bilmədiyini deyir. O, Xırdalan şəhər “Quşçuluq” massivi adlandırılan ərazidə yaşayır.

Röya Məmmədova rəsmi qeydiyyat yerinin olmamasının ona gündəlik həyatında bir sıra çətinliklər yaratdığını bildirir.

“Şəxsiyyət vəsiqəmdə qeydiyyat yeri Zərdab rayonudur. Xəstəxanaya gedəndə  vəsiqəmə baxanda deyirlər ki, sən Zərdab sakinisən, oranın xəstəxanasına getməlisən. Amma mən faktiki olaraq Xırdalanda yaşayıram axı. Rəsmi qeydiyyatım olmadığı üçün faktiki yaşayış yerindən arayış ala bilmirəm”.

Şikayətçinin problemləri bununla da bitmir. O evini satmaq istədiyini, alıcıların rəsmi sənəd istədiklərini bildirir.

“Sənədi almaq o qədər də asan deyil. Qulağıma çatan qədərilə proses uzundur və buna görə insanlar çox vaxt İcra Hhakimiyətindən əlaqələndirici şəxs tapmağa çalışırlar. Bir az artıq pul ödəməlisən ki, evin sənədləşdirilməsi baş tutsun. Digər tərəfdən başqa bir şəxsin torpağında məskunlaşmışam. Gərək o adamın özünün sənədi ola ki, “bu mənim torpağım idi filankəsə satmışam” deyə bilsin. Ondan sonra mən torpağı sənədləşdirə, evin sənədini ala biləm”.

Bunu da oxu: “Ölkədə həyata keçirilən sosial mənzil siyasəti “azərbaycanlaşdırılıb””

Hələ 2011-ci ildə də İlham Əliyev Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması ilə bağlı tapşırıq verib. Prosesin gedişatı isə göstərir ki, hələ də kifayət qədər ev sənədləşməyib.

Evlərin sənədləşməsi prosesi niyə ləng gedir?

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bununla bağlı zaman-zaman sərəncamlar, proqramlar təsdiqlənsə də, proses ləng gedir.

“Burada bəzi məqamlarda hüquqi tənzimlənməyə ehtiyac var. Qanunvericilik torpağın mülkiyyət hüququ  və təyinatı ilə bağlı müxtəlif öhdəliklər irəli sürür. Bu öhdəliklər ya zamanında yerinə yetirilmir, ya da torpağın təyinatına uyğun olmayan şəkildə istismarına icazə verilir. Məsələn, bələdiyyələr səviyyəsində kənd təsərrüfatı torpaqlarında tikintilərin aparılmasına icazələr verilir”.

Rəşad Həsənov – Açıq mənbələrdən götürülüb

Ekspertin sözərinə görə, bu təyinat tikintiyə uyğun deyil, ona görə də 2015-ci ildən  torpağın təyinatının dəyişdirilməsi birbaşa Nazirlər Kabinetinin öhdəliyinə verilib və bu da  hüquqi ziddiyətlər ortaya çıxarıb.

“Fakt odur ki, həmin ərazilərdə artıq yaşayış sahələri inşa edilib. Bunu hansısa formada konpensasiya edib köçürmək və ya tanımaq lazımdır”.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bu istiqamətdə işlər getsə də, prosesin nə vaxt yekunlaşacağı barədə konkret fikir deməyin çətin olduğunu bildirir. Onun qənaətincə, qanunsuz tikililərin əksəriyyəti ilkin sənədləşmə prosesini keçmədiklərindən proses uzanır.

“Əhalinin bununla bağlı yaranan problemlərinin kökündə qanunsuz tikililərə şəraitin yaradılması və bu səbəbdən insanlardan çoxunun prosesi ümumi axara buraxaraq onu qanundankənar yollarla həll etmək istəməsidir. Təbii ki, burada rayon icra hakimiyyətlərinin çox böyük məsuliyyəti və rolu var. Eyni zamanda, vətəndaşlar da bundan kütləvi şəkildə istifadə ediblər, nəticədə sənədləşmə ilə bağlı problemlər ortaya çıxıb”.

Sənədləşməyən evlərin dövlətə hansı iqtisadi ziyanları var?

Dünya Bankının apardığı araşdırmalara görə, təkcə Bakıda 500 minə yaxın sənədsiz tikili var. Ekspertlərin hesablamalarına əsasən, Azərbaycan sənədsiz evlərə görə il ərzində 50 milyon manatdan artıq vəsait itirir.

Rəşad Həsənov bunun dövlət büdcəsi, iqtisadiyyatın ayrı-ayrı sahələri üçün böyük itki olduğunu güman edir: “Ən azından həmin yaşayış sahələrinə görə əmlak vergisi ödənilmir. Çünki əmlak vergisi mülkiyyət hüququnun təsdiq etdiyi, yalnız çıxarışı olan evlərə verilir. Digər tərəfdən, fərdi yaşayış evlərinin sığortalanması ilə bağlı dövlət proqramlarının əhatəli olması təmin edilmir”.

İqtisadçının fikrincə, buna səbəb qeydiyyat posesinin şəffaflaşdırılmaması, bank sektorunun bu evləri kreditləşmə prosesinə cəlb etməməsi, vətəndaşların öz əmlaklarından səmərəli istifadə edə bilməməsidir.

Dövlətin addımları

Müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə 2019-cu ildə Prezidentin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Tədbirlər Planınə təsdiqləyib. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasına görə, 2021-ci ilin ilk 6 ayında 7 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz çoxdur.

R.Osmanlı da prosesin həyata keçirilməsi üçün ölkədə normativ hüquqi aktların olduğunu, amma problemin həllinin qanunvericiliyin tələblərindən kənar şəkildə həyata keçirildiyini deyir. Onun fikrincə, bu gün hökumət məsələnin həlli yollarını axtarır.

Ramil Osmanlı - Sputnik 

“İstək var, sadəcə bu proses elə tənzimlənməlidir ki, bundan nə hökumət, nə də vətəndaşlar zərər çəksin”, - ekspert deyir.

Bakı Şəhər İcra Hakimiyyətində ictimai-siyasi işlər üzrə idarənin müdiri Elvinİmanov “Toplum TV”-yə qanunsuz tikilən evlərin sənədləşməsi ilə bağlı məlumat olmadığından yeni bir xəbər deyə bilməyəcəklərini söyləyib.

Beynəlxalq hüquq nə deyir?

Röya Məmmədova evi onun adına olmasa da, kommunal xidmətləri ödədiyini deyir.

Bunu da oxu: Pensiyalarla bağlı yeni təkliflər var, amma nazirlikdən deyirlər ki…

Rəşad Həsənov isə Azəbaycan qanunvericiliyinə görə bir ərazidə yaşayış varsa, dövlətin ora kommunal xidmətləri sata bildiyini qeyd edir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əsasən, dövlət vətəndaşın hətta icazəsiz olaraq tikdiyi mülkünün mövcudluğuna uzun müddət göz yumursa, onunla bağlı kommunal xidmətləri, rüsumları qəbul edirsə, həmin mülkün qanuniliyi tanınmalıdır.

Sosial

Koronavirusa son sutkada yoluxma sayı açıqlandı

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusa daha 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə avqustun 12-də Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
Sosial

Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq

Roza Məmmədova
12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Mədəniyyət Nazirliyi müsaqibələrdə qalib gələn film ssenarilərinin istehsalata buraxılmamaması ilə əlaqədər tənqidlərə cavab verib. Nazirlikdən “Toplum TV”-nin sorğusuna bildirilib ki, film layihələri aktuallığını itirdiyi üçün ekranlaşdırılmayıb. 2019-cu ilin martında prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb. Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləməyə xərclənməli idi. Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq naməlum səbəblərdən müsabiqələrdə qalib gələn ssenarilər sonra ekranlaşdırılmayıb. https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn...

Seçilmiş Videolar

Toplum TV loqo