FOTO: AZƏRTAC
Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alıb.
Bu baradə Tərtər rayon Prokurorluğu məlumat yayıb.
Məlumata görə, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi "LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.