Sosial

Qarabağ qazisi özünü yandırıb, vəziyyəti ağırdır

Fərid İsmayılov
5 Sentyabr, 2022
1444

Açıq mənbələrdən götürülüb

Sentyabrın 4-ü günorta saatlarında 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 02.01.1965-ci il təvəllüdlü Həsənov Nazir Məmmədhəsən oğlu özünü yandırıb. 

O, Ucarın Alpout kəndində yaşadığı evin həyətində üzərinə benzin tökərək intihara cəhd edib. 

Buna səbəb 10 ilə yaxın müddətdə aldığı 2-ci qrup əlillik pensiyası və prezident təqaüdündən məhrum olunmasıdır. 

https://toplum.tv/multimedia/eldar-mahmudovun-evinin-qarsisinda-etiraz-pulumuzu-ver

Qazi 5 saylı Şəhər Kliniki Tibbi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Toplum TV-nin əməkdaşına bildiriblər ki, Nazir Həsənovun bədəninin 90 faizi yanıb, vəziyyəti ağırdır: "Hadisə nəticəsində baş nahiyəsinin ön və arxa tərəfi, döş qəfəsi, boğaz, aşağı ətrafların ön və arxa hissəsi tamamilə yanıb. Tənəffüs telləri yararsız vəziyyətə düşüb, vəziyyəti ağırdır. Yaşaması üçün əlimizdən gələn hər şeyi edirik, lakin yaşaması barədə heç nə deyə bilmərik, bacardığımızı edirik".

Nazir Həsənovun oğlu Mübariz Həsənov Toplum TV-yə deyib ki, o, ədalətin bərpa olunması üçün hər addımı atacaq:

"Atam 10 ildir ki, hər ay 500 manat əlillik və 350 manat prezident təqaüdü alırdı. 1 il əvvəl Əlillərin Bərpa və Reabilitasiyası Mərkəzində komissiya təşkil olundu. Atama deyildi ki, aldığı xəsarətlər onda anadangəlmədir, buna görə də hərbi əlillik pensiyasını kəsdilər. Əvəzində 3-cü qrup mülki pensiya verdilər. Cəmi 120 manat pensiya və 80 manat veteranlıq pulu alır. Bu nə qərardır, niyə belə ediblər? Mənim atam Qarabağda vuruşanda nazirlər kef içində yaşayırdı. Belə ədalətsizlik olar?"

Mübariz Həsənov deyir ki, hadisə zamanı evdə ailə üzvləri olub. 

Atası bu hadisəni ailə üzvlərindən xəbərsiz edib:

"Evdəkilər onun hərəkətlərindən şübhələnib. Köynəyini çıxarıb həyətə düşüb, get-gəl etməyə başlayıb. Bir də görüblər ki, atam yanır, birtəhər söndürüb qurumlara zəng ediblər. Atam bu hadisəyə qədər müraciət etmədiyi qurum qalmayıb. Hər yerə yazıb, gedib, indi işi Şəki Apellyasiya Məhkəməsindədir. Başında, qulağında qəlpələr doludur. Komissiya görmürdü ki, bu qəlpələr anadangəlmə deyil?"

Mübariz Həsənov ailəsinin maddi durumlarının heç də yaxşı olmadığını, atasının bu problemlərə qədər isə normal dolanışıqlarının olduğunu deyir:

"Mən özüm də hərbidə işləyirəm. 682 manat mənim aylıq maaşım, 800 manat isə kreditimdir. Necə ödəyək? Evə bazarlıq etməyə atam qoymurdu ki, xirtdəyə qədər borcun içindəyik. Bizim durumumuza gəlib baxsınlar. Sahil Babayev nə istəyirdi mənim atamdan? İndi 200 manat atam, milyonlar isə Sahil Babayev kimi nazirlər bu dövlətdən alır. Niyə imkan vermirlər ki, bu ölkə, dövlət üçün canından keçənlər yaşasın? Hamısı cavabını alacaq".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo