baku.ws
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakıda son iki gündə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov fevralın 26-da açıqlamasında deyib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün fevralın 24-25-də 42 yol-nəqliyyat hadisəsi baş verib.
“Sözsüz ki, baş vermiş hadisələrdə sürücülər tərəfindən yol və meteoroloji şərait düzgün nəzərə alınmayıb. Xatırladıram ki, yol və meteoroloji şəraitdən aslı olaraq, sürücülər nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü bu təhlükə ilə toqquşmanın qarşısını ala bilsin".
O, qəzaların baş verməsinin səbəbi kimi, qarlı hava şəraitində sürücülərin əyləc sistemindən istifadə etməsini, dayanma-durma prosesini ötürmələr qutusunun hesabına aparmamasını, idarəetmədən diqqətin yayınması və yol boyu qoyulmuş yol nişanların tələblərinə uyğun hərəkət etməməsini, həmçinin sürət həddinə diqqət yetirməməsini göstərib("Report").
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?