Sosial

Qazax İcra Hakimiyyəti veteran Kəmalə Namazlıya ev vəd verdi

Günel Manaflı
17 İyun, 2022
191

Toplum TV

QAYNAR XƏTT -  REAKSİYA

Toplum TV-nin araşdırdığı şikayət üzrə problemin həllinə vəd verilib.

“Qazax məmurları tərəfindən aldadılan veteran xanım evsiz qalıb” başlıqlı yazıdan sonra Birinci Qarabağ müharibəsi veteranı Kəmalə Namazlının şikayətinə reaksiya verilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kəmalə Namazlını iyunun 16-da qəbula çağıraraq, doğum evinin həyətindəki köməkçi tikilini ona sığınacaq kimi verəcəklərini deyib, amma bunun yalnız pandemiya tam bitdikdən sonra baş verəcəyini deyib.  

https://toplum.tv/sosial/goygol-sakini-icra-numayendesinin-girmeye-qorxdugu-evde-biz-illerdir-yasayiriq

Xatırladaq ki, əvvəllər İcra Hakimiyyəti həmin tikilinin Səhiyyə Nazirliyinin nəzdində olduğunu əsas gətirərək, Namazlının orada yaşamasına icazə verməmişdi.

Şikayətçi məsələnin hüquqi baxımdan indi necə həll olunduğunu bilmir. Hər halda, yaşayış yeri ilə bağlı məsələ həll olunanadək Kəmalə Namazlı və oğlunun kirayə haqqının da İcra Hakimiyyəti tərəfindən qarşılanacağına vəd verilib.

https://toplum.tv/sosial/muharibe-istirakcisi-oglumu-esger-gondermeyecem

Kəmalə Namazlı  Qazax bələdiyyəsinin sədri Tofiq Orucov və rayonun icra başçısının birinci müavini Məmməd Alıyev tərəfindən aldadıldığını və haqqı çatan torpaq sahəsinin əlindən alındığını iddia edirdi.

Sosial

Nazirlik Roza Zərgərlinin oğulluğuna niyə ev verib?

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarovun dövlət tərəfindən evlə təmin olunması sosial mediada geniş müzakirələrə səbəb olub. Bundan sonra Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov açıqlama verib.  Rəsmi APA-ya açıqlamasında bildirib ki, nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. "İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir", - deyə o sözlərinə əlavə edib.  "Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də,...
Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  

Seçilmiş Videolar

Toplum TV loqo