Sosial

Qazi iş istəyir, dövlət qurumu “sənət öyrən” deyir

Roza Məmmədova
24 Noyabr, 2021
1129

Sosial Media

Rahib Namazov

Qazilərin məşğulluq problem niyə çözülmür?

“Yararsız” olduğuna görə işə götürmürlər

Keçən ilki Qarabağ müharibəsisinin iştirakçısı Rahib Namazov iş tapa bilmir.

O, ötən ilin aprelində hərbi xidmətə çağrılıb, sentyabrda müharibə başlayanda Tovuz uğrunda gedən döyüşlərdə erməni pilotların vurulmasında iştirak edib.
Rahib Namazovun dediyinə görə, müharibə ərəfəsində açıq havada gecələməyə məcbur qaldığından soyuqlayıb, vərəmə tutulub.

Müayinədən sonra sol ağciyərində yara aşkar edilib deyəSilahlı Qüvvələrin Bas Klinik Hospitalında 5 ay müalicə alıb.

Toplum TV

Ailənin böyük oğlu Rahib əsgərlikdən qabaq tam sağlam olduğunu, hətta idmanla məşğul olduğunu deyir. Ancaq hərbi biletinə “yararsız” yazıldığı üçün onu heç yerdə işə götürmədiklərini deyir. Üstəlik ata-anası yaşlı və xəstə olduğundan onların da qayğısına qalmalıdır.

“Hara müraciət edirəm, deyirlər ki, sağalmısan. Sağalmışamsa işləməliyəm. Ancaq hərbi biletimə baxıb heç yerdə işə götürmürlər. Bu diaqnozla nə pensiya, nə də hər hansı yardım ala bilirəm. Necə yaşayım?”

Qazinin sözlərinə görə, prezidentə şikayət etdikdən sonra ona Dövlət Məşğulluğu Agentliyindən zəng vurub 250 manatlıq məvacib qarşılığında iş təklif ediblər.

İsmayıllının Kürtmaşı kəndində yaşayan Rahibsə deyir ki, həmin iş rayon mərkəzindədir və aldığı maaşın yarısını yol puluna xərcləməlidir.

“İtirdiyi sağlamlığına görə sığorta ödənilməlidir”

Hüquq müdafiəçisi Rəhim Xoyskinin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına görə, ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı əlillik meyarı hesab olunur.

“Tibbi-Sosial Ekspert Komissiyası şəxsin pensiyaya uyğun olmadığını müəyyən etsə belə, qanunvericiliyə görə, qaziyə itirdiyi sağlamlığına görə sığorta ödənilməlidir”, - hüquq müdafiəçisi izah edir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat nümayəndəsi Gülnar Əzizovanın sözlərinə görə, qazinin müayinəsi zamanı onda xroniki tənəffüs çatışmazlığı əlamətləri, boy-çəki defisiti aşkarlanmadığı üçün ona əlillik diaqnozu qoyulmayıb.

R.Namazovsa müharibədən qayıtdıqdan sonra itirdiyi sağlamlığına kompensasiya almadığını bildirir. Onun yeganə qayğısı iş tapmaqdır.

Dövlət Məşğulluğu Agentliyinin mətbuat rəsmisi Əsmər Nəcməddinqızı isə “Toplum TV”-nin sorğusuna araşdırma aparadıqdan sonra cavab veriləcəyini deyib.

Bundan sonra İsmayıllı rayon Məşğulluq Xidməti qazi ilə yenidən əlaqə saxlayıb.

R. Namazovun dediyinə görə, bu dəfə də ona iş olmadığı bildirilib və özünəməşğulluq proqramına qatılıb sənət öyrənmək məsləhət görülüb.

Hazırda işsiz olan Namazovlar ailəsi isə bu müddətdə necə dolancaqlarını sual edirlər.

İndi ailənin tək ümidi oğullarının iş tapmasıdır.

Qazilər məşğulluq marafonunda

Müharibənin başa çatmasından bir il ötsə də, qazilərin işlə təmin olunması məsələsi hələ də tam həllini tapmayıb. Bir sıra hallarda qazilər mediaya danışdıqdan sonra işlə təmin olunurlar.

Dövlət rəsmilərinin bu mövzuda açıqlamaları isə ümumidir: “Qazi və şəhid ailələrinin işlə təmin olunması üçün zəruri tədbirlər görülür, yaxud da görülməkdədir”.

Bu ilin yayında Dövlət Məşğulluğu Agentliyi şəhid ailələrini və qaziləri işlə təmin etmək üçün Məşğulluq Marafonu adlı kompaniya başladıb.

Rəsmi məlumata görə, indiyədək marafona 1145 nəfər cəlb olunub. Onlardan 178-i şəhid ailəsi üzvü, 967-si qazidir. İşlə təmin olunanların əksəriyyəti 18-29 yaşındadır, onların 47%-i dövlət mülkiyyətində, 53%-i isə qeyri-dövlət sektorunda çalışır.

Qanunvericiliyə görə, bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşları işlə təmin etmək üçün kvota tətbiq edilir. Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir.

“Görünən odur ki, nazirlik işləmir”

 "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı deyir ki,  qanunda fiziki məhdudiyyətli insanlar üçün iş yerlərinin ayrılması nəzərdə tutulsa da, praktikada buna demək olar əməl edilmir.

Ekspertin söylədiyinə görə, hərbi biletə “yararsız” yazılması o demək deyil ki, şəxs heç yerdə işləyə bilməz.

Elçin Bayramlı- Sosial media

“Biletdə yararsız qeyd edilməsi daha çox fiziki qabiliyyət tələb edən peşələrdə, məsələn, hüquq mühafizə orqanlarında işləməyi məhdudlaşdırır. Yəni nəzəri baxımdan müəssisələrin əksəriyyətində işlə təmin olunmaq mümkündür. Ziddiyyət burasındadır ki, özəl şirkətlər belə insanları işə götürməkdə maraqlı deyillər, daha çox tam sağlam, enerjili insanları işlətməyi hədəf götürürlər”.

Elçin Bayramlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) gördüyü işlərin qənaətbəxş olmadığını vurğulayır: “Bu il 68 min iş yerinin açıldığı elan edilmişdi. Bu halda 5-10 min qazini işlə təmin etmək o qədər də çətin olmamalıydı. Digər tərəfdən dövlət müəssisələrinin təklif etdiyi maaş aşağı səviyyədədir, ehtiyac meyarına belə uyğun deyil. 200-300 manatla kim özünü təmin edə bilər?”

Sosioloq hesab edir ki, fiziki məhdudiyyətli insanların yaxud da qazilərin işlə təminatına dövlətin nəzarət mexanizmi olmalıdır və ƏƏSMN ilə Müdafiə Nazirliyi problemin həllində müştərək çalışmalıdır. Yəni Müdafiə Nazirliyi müharibədən qayıdanların siyahısınıqruplaşdıraraq ƏƏSMN-ə təqdim etməli, digər nazirlik də meyarlar üzrə həmin insanları uyğun işlərə yönəltməlidir. 

O əlavə edir ki, dövlətin digər öhdəliyi şirkət və müəssisələrdən qanunda göstərilən əlillik kvotasını doldurmağı tələb etməkdir.

“Elə adam var ki, ayağı yoxdur, amma ofis işində işləyə bilər. Nazirlik bölgünü elə aparmalıdır ki, insanlar məhdudiyyətli olduğu halda işlə təmin edilə bilsin. Ölkədə nə qədər fizki məhdudiyyətli insan var ki, illik açılan minlərlə iş yerindən uzaq qalır. Əgər dövlət işlə təmin edə bilmirsə, onda işlə təmin olunana qədər minimum münavinət ödəməlidir. Bütün dünyada bu proses belə gedir”.

Nazirlikdən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo