Açıq mənbələrdən götürülüb
Bu gün qazi Füzuli Hüseynovun Prezident Administrasiyası qarşısında intihar edəcəyini bəyan etdikdən sonra rəsmi qurumların işə qarışması və onu Prezident Administrasiyasına dəvət etməsi barədə açıqlamasını yayımlamışdıq.
Qazi demişdi ki, intihar edəcəyini elan edəndən sonra sonra ona PA və Yasamal Rayon İcra Hakimiyyətindən zənglər edilib.
Bu açıqlamadan bir neçə saat sonra isə Füzuli Hüseynov "Toplum TV" ilə yenidən əlaqə saxlayıb və aldadıldığını bildirib.
İkinci Qarabağ müharibəsi iştirakçısının sözlərinə görə, o, polis əməkdaşları tərəfindən aldadılaraq bölməyə aparılıb:
“Mənə zəng olundu ki, Prezident Administrasiyasının qəbul şöbəsindəndir. Hər bir köməklik edəcəklərini deyib quruma dəvət etdilər. İçərişəhər metrosuna gəldim. Məni 4-5 cüssəli şəxs qarşıladı. Həmin qazi olub-olmadığını soruşdular. Sonra məni Prezident Administrasiyanın Nərimanov metrosu yaxınlığında yerləşən qəbul şöbəsinə aparacaqlarına dedilər. Gördüm ki, Sahil metrosundan çıxdıq. Niyə burdan çıxdığımızı soruşanda, dedilər, daha tez çatacağıq. Məni polis maşınına mindirdilər. Soruşdum, niyə polis maşını ilə gedirik, mən nə etmişəm? Mənə Prezident Administrasiyasına məxsus maşın olduğunu deyib aldatdılar və gətirdilər 9-cu polis bölməsinə. Rəis məni qəbul etdi, şikayətim barədə soruşdu... Mən Daxili İşlər Nazirliyinə şikayət edəcəyəm. Prezident Administrasiyası adından mənə yalan deyiblər”.
Füzuli Hüseynov "Toplum TV"-yə açıqlamasında sosial problemlərinə diqqət çəkib: “7 aydır ki, “qan pulu”mu ala bilmirəm. Mənə 6600 AZN ödənməlidir, hələ də bir xəbər yoxdur. Özüm də kirayədə yaşayıram. Ev növbəsinə durmaq istəyirəm, amma pulumdan xəbər yoxdur”.
Qazinin sözlərinə görə, gün boyu polis bölməsində olduğuna görə Yasamal Rayon İcra Hakimiyyətin gedə bilməyib.
Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ehsan Zahidov isə məsələ ilə bağlı Toplum TV-nin sorğusuna belə cavab verib:
“Qazinin intihar etməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıbsa, siz buna sevinməlisiniz!”
Füzuli Hüseynov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. İkinci qrup əlildir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür