Sosial

Qazilər: Biz nazirliyin binasına buna görə girdik 

Samirə Əli
Lida Abbaslı
13 İyun, 2022
612

Gənc Qazilər İctimai Birliyinin üzvləri iyunun 13-də keçirdikləri brifinqdə bir həftə öncə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin binası qarşısında keçirdikləri aksiyaya qədər uzun və əziyyətli yol keçdiklərini deyirlər.

Birliyin sədri Hacı Vəliyev bildirib ki, bundan öncə dəfələrlə nazirliyin rəsmiləri ilə onlarla qazinin əlillik probleminin həlli istiqamətində əməli iş tələb ediblər. Lakin faydası olmayıb:

«Orda olan heç bir qazimizin probleminin həlli istiqamətində addım atılmayıb»

O, nazir Anar Bayramovun Tibbi Sağlamlıq Ekspertizası Komissiyasına ayaq basmadığını bildirib.

«Yasamal rayonunda rahat ofisi var, orada oturub, qazilərin problemlərindən xəbəri yoxdur»

Hacı Vəliyev deyir ki, iş qabiliyyətini itirmiş qazilərin müharibə əlili statusu alması müşkülə çevrilib.

“Sosial Müdafiə Nazirliyinin işçiləri bizim əsgərlərimizə, qazilərə amansız münasibət göstərirlər. Zabit gözünü itirib, bir neçə orqanı öz funksiyasını itirib. Amma əllillik verilmir. Azərbaycan ordusunun əsgərini, zabitini, gizirini dövlətdən küskün salmaq nazirliyin qarşısına qoyduğu əsas vəzifədir”, - Hacı Vəliyev deyib. Onun sözlərinə görə, qazilərin problemlərini səsləndirməməsi üçün ona nazirlikdə iş təklif olunub:

"Mənə təklif edirlər ki, əllilliyini almısan, çəkil kənara. Başqalarının məsələsinə qarışma... təklif etdilər ki, bizi tənqid etmə, sənə nazirlik daxilində iş verək"

Qazilərin brifinqindən canlı yayımı Toplum TV-nin Facebook səhifəsində izləyə bilərsiniz.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...
Sosial

İyunda bir həftə iş olmayacaq

25 May 2023

Açıq mənbələrdən götürülüb

İyun ayında Silahlı Qüvvələr və Qurban bayramı ilə əlaqədar olaraq bir həftə iş olmayacaq. Toplum Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar çıxarıb.  Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. https://toplum.tv/sosial/pnazirlik-taksi-sirketleri-ldquoferdi-melumatlar-haqqindardquo-qanunu-pozurp Belə ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26,...

Seçilmiş Videolar

Toplum TV loqo