Qazinin Ermənistanla sərhəddə xidmətə məcbur edildiyi deyilir
Açıq mənbələrdən götürülüb
İkinci Qarabağ Müharibəsi iştirakçısı əsgər Məmmədovun orduya yararlı olmadığı halda Kəlbəcərdə xidmətə məcbur edildiyi bildirilir.
Bunu "Toplum TV"-yə onun yaxını Elyar İslamoğlu bildirib.
E. İslamoğlunun sözlərinə görə, əsgər Məmmədov İkinci Qarabağ Müharibəsi vaxtı yaralanıb, bədənində qəlpələr var, tətik çəkdiyi barmağı amputasiya olunub:
"Yanında döyüş yoldaşları şəhid olduğu üçün də psixologiyasında problemlər var. Lakin ona əlillik verilməyib, üstəlik tam sağlam biri kimi atəşkəsin tez-tez pozulduğu Kəlbəcərdə xidmətə məcbur edilib.
Həkim onun sənədində sıradankənar xidmət edə bilər yazıb. Amma hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Nizami Məmmədov və hüquq şöbəsi "get hara şikayət edirsən et, sənə əlillik verilməyəcək, sağlamsan", deyir. Necə olur ki, həmin o mayor Nizami Məmmədov arxa cəbhədə ola-ola medal, veteranlıq alır, amma barmağı amputasiya olunan əsgər əlillik ala bilmir?"
Elyar İslamoğlu deyir ki, əsgər tərxis olunmaq istəmir, onun istəyi vəziyyətinə uyğun olaraq ehtiyat taborda xidmət etməkdir.
Müdafiə Nazirliyi "Toplum TV"-yə məsələnin araşdırılacağını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür