Sosial

Qazinin qazpulu borcu və “Azəriqaz”ın səlahiyyət dairəsi

Məzahir Abdurahmanov
26 İyul, 2021
3065

Açıq mənbələrdən götürülüb

II Qarabağ müharibəsi iştirakçısı Rüfət Əliyevin atası, Xaçmaz sakini Yaşar Əliyev qaz borcunu ödəyə bilməməsindən şikayətçidir.

Onun sözlərinə görə, R.Əliyev Fizulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, yaralanaraq sol gözünü itirib, bədənində qəlpələr var.

“Oğlumun bütün sənədlərini aparıb rayonumuzun Qaz İstismar İdarəsinə təqdim etmişdim. Orda mənə dedilər ki, ola bilsin, borclar silinəcək, ona görə ödəniş etmədim. Mən borc saxlayan deyiləm, ancaq indi 470-480 manat borc yığılıb deyə ödəməyə gücüm çatmır”.

“Mənim qazancım gündəlik 10-15 manatdır. Bilmirsən, yeməyə verəsən, yoxsa qaza verəsən. İndi idarədən deyirlər ki, borcun silinməsi üçün qərar çıxmalıdır, amma bunun nə vaxt olacağı bilinmir,  borcunu ödə”.

“Azəriqaz” İstehsalat Birliyi şəhid və qazi ailələrinin qazpulu borcunu silə bilərmi?

“Siz “Azəriqaz”ın səlahiyyət dairəsinə aid olmayan suallar verirsiniz”.

Ceyhun Səfərov - Rəsmi səhifə

 “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Ceyhun Səfərov “Toplum TV”-yə  açıqlamasında belə deyib.

C.Səfərov bildirib ki, “Azəriqaz” əhaliyə qaz satışını həyata keçirən təşkilatdır:

“Biz qaz çəkilişlərini həyata keçiririk. İstisna hallarda “Azəriqaz”-ın rəhbərliyi tərəfindən şəhid və qazi ailələrinin müraciətlərinə operativ şəkildə baxılır, daxili imkanlarımız hesabına onların evlərinə  qaz çəkilişləri həyata keçirilir”.

Mətbuatda “Azəriqaz” İstehsalat Birliyinin qazpulu borcu problemini də daxili imkanlar hesabına həll etməsinə dair faktlar mövcuddur. Ötən ilin iyul ayında bu qurum Masallının Sığıncaq kəndindən olan, Tovuz döyüşlərində yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunu “daxili imkanları hesabına” qapadıb.

““Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə başsağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq”, - “Azəriqaz”ın həmin günlərdə verdiyi açıqlamasında belə deyilirdi. 

Fazil Mustafa - Sosial Media

Deputat Fazil Mustafa şəhid ailələri və qazilərin qazpulu borclarının silinməsi məsələsinin parlamentdə müzakirəyə çıxarılması ehtimalı barədə “Toplum TV”-nin sualına belə cavab verib:

 “Hazırda Milli Məclis tətildədir. Payız sessiyası başlayanda bu məsələ müzakirə oluna bilər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Polis 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı araşdırma aparır

11 Dekabr 2023

Rəsmi səhifə

Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılıb. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Daxili İşlər Nazirliyindən bildirilib.  Məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. https://toplum.tv/sosial/pbaki-ilahiyyat-kolleci-yaradilibp Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə...
Sosial

Soyuqlar düşəcək, qar yağacaq

11 Dekabr 2023

Trend.az

Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Toplum TV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq. Rayonlarda da dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Regionlarda da havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. 

Seçilmiş Videolar

Toplum TV loqo