Sərxan Muxtarov
FOTO: sosial media
Azərbaycan Ordusunun zabiti, tabor komandiri Qubadlı istiqamətində minaya düşüb.
Bu barədə deputat, Milli Məclisin komitə sədri Qənirə Paşayeva "Feysbuk" hesabında yazıb.
Onun sözlərinə görə, Qubadlı istiqamətində Azərbaycan Ordusunun tabor komandiri mayor Sərxan Muxtarov mina partlayışı nəticəsində həlak olub.
Qənirə Paşayeva bununla bağlı zabitin ailəsinə başsağlığı da verib: "Nur içində yatsın. Vətən üçün yaşayanlar və həyatını fəda edənlər heç zaman unudulmurlar!".