Sosial

Qətlin şahidi polisi ifşa edir

21 İyun, 2022
882

Mayın 7-də Şəmkir sakini Arzu Cabbarov rayonun mərkəzi xəstəxanasında vəfat edib.

O, xəstəxanaya polislər tərəfindən qolundakı kəsiklərlə gətirilib.

Xəstəxanaya gətirilərkən yolda yaxın qohumlarına səsli mesaj göndərib – “məni doğradılar, qolumu kəsdilər, xəstəxanaya aparırlar, tez özünüzü çatdırın”.

Bu səs qohumlar tərəfindən sosial şəbəkələrdə yayıldıqdan bir saat sonra Daxili İşlər Nazirliyi məlumat yaymışdı ki, Arzu Cabbarov tanışı olan bir qadının evində onunla mübahisə edərkən şüşəni sındırıb və öz qolunu kəsməklə intihar edib.

https://toplum.tv/sosial/mtn-isi-zerercekmis-mehkeme-zalinda-ozunu-yandirmaga-cehd-edib

Ancaq Cabbarovun ailəsi və yaxın qohumları onun polislər tərəfindən şantaj olunduğunu bildirirlər, ölümünə səbəbkar kimi polisləri görürlər.

Daxili İşlər Nazirliyi isə deyilənləri böhtan adlandırıb.

Yeganə Yusifova: “Bu qurulmuş bir iş idi. Mən də istəyirəm ki, bu şər-böhtan üstümdən götürülüsün. Məni döyüb izahat aldılar, boynuma qoydular. Feyruz Arzu Cabbarovu getdiyimiz evdə döydü. Amma o qolunu kəsmədi, onun qolunu şüşə ilə Feyruz İbrahimov kəsdi. Şüşəni iki dəfə çəkdi, kəsmədi, üçüncü dəfə qolunun bükəcəyi hissədən şüşəni qoluna soxdu”.

Hadisənin yeni təfərrüatları iyunun 20-də Toplum TV-nin canlı efirində üzə çıxıb.

Daxili İşlər Nazirliyinin məlumatında Arzu Cabbarovun tanışı kimi təqdim edilən Yeganə Yusifova efirə qoşularaq, polisin Arzu Cabbarova qarşı tələ hazırladığını və özünün də bu məqsədlə istifadə olunduğunu deyib.

“Polis rəisinin müavini Bayram İsmayılov mənə hədə-qorxu gəldi. Mən boyun qaçırsam da, dedi ki, sən artıq bu oyunun içindəsən. Məni övladlarımla sınadı”.

O polislərdən birinin Arzu Cabbarovun qol büküyünə şüşəni çəkərək kəsdiyini də bildirib: Yeganə Yusifova hadisədən sonra bir həftəyə yaxın polis bölməsində saxlandığını, yanlış ifadə verməyə məcbur edildiyini deyib.

“Arzu Cabbarov qadın döyən insan deyildi. Bunları izahatda mənə Bayram yazdırdı. 7 gün polislər məni döydülər, iz qoydular bədənimdə ki guya məni rəhmətlik döyüb”.

Yeganə Yusifovanın sözlərinə görə, polislər onu  ailəsiylə və öz həyatı ilə təhdid ediblər və təhdid etməyə davam edirlər.

O, həyatının təhlükədə olduğunu qeyd edir.

Söhbəti tam olaraq, “Toplumda debat” verilişinin 20 iyun buraxılışında dinləyə bilərsiniz.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Nərmin işində təqsirləndirilən şəxs: “O qədər işgəncə vermişdilər ki, ayaqqabı geyinə bilmirdim”

Leyli Cəfərova
23 Noyabr 2022

Toplum.TV

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.  Ötən məhkəmə iclasında İlkin Süleymanovun istintaq ifadəsinin yerində yoxlanması ilə bağlı videogörüntülər nümayiş etdirilmişdi.  Bu, 2020-ci ilin yanvarında İlkin Süleymanovun yaşadığı ünvanda və meyitin yandırıldığı yerdə (evin yaxınlığında) keçirilib.  Bu gün - noyabrın 23-də keçirilən məhkəmə iclasında isə İlkin Süleymanov ifadəsinin yerində yoxlanması prosesi ilə bağlı prokurorun və vəkillərin suallarını cavablandırıb. Vəkillər İlkin Süleymanovdan ifadənin yerində yoxlanılmasına aparılarkən təzyiqlərə məruz qalıb-qalmadığını soruşublar.  İlkin Süleymanov deyib ki, aparılmamışdan əvvəl polis rəisinin müavini Şahlar Cəfərov onu hədələyib və fiziki işgəncəyə...
Sosial

Bakıda "saxta qazi"nin saxlanıldığı bildirilir

23 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

"Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb". Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 23-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti  məlumat yayıb.  https://toplum.tv/multimedia/gece-saatlarinda-qaziler-din-onunde-etiraz-etdi Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Həmçinin qeyd olunub ki, ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo