Sosial

Qonaqpərvərliyin “Ay Zaur” nümunəsi

Aytac Məmmədli
30 İyun, 2022
976

Açıq mənbələrdən götürülüb

Audiovizual Şura deyir qonağı efirdən qovmaq aparıcının hüququdur, media ekspertləri deyir, qanun pozulub

Ötən gün ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal əslən Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

“Mən səni efirdən çıxaracam, sən bir də mənim proqramımda olmayacaqsan. Biz həmişə İrandan olan qonaqlara qucaq açmışıq. Və siz studionu tərk edəcəksiniz, mən reklamlara keçəcəm”, -deyə Zaur Kamal qonağa bildirib.

https://toplum.tv/sosial/aztv-de-opusmek-ve-namaz-qadagasi

Bu olay cəmiyyətdə qınaq doğurub. Sosial şəbəkələrdə gedən müzakirələrin ardınca, ARB kanalı bildirib ki, məsələ araşdırılır.

Audiovizual Şura isə artıq insident zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini bildirib. Şuranın aparat rəhbəri Fazil Novruzov isə “Toplum TV”yə deyir ki, kimin efirdə olub-olmamasını aparıcı müəyyən edir: “ Aparıcı qonağı təhqir etməyib, fiziki güc göstərərək qovmayıb”.

Fazil Novruzov - Sosial Media

Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, aparıcının davranışı həm hüquqi, həm də etik baxımdan məsuliyyət yaradır. Çünki bu, tərbiyəsiz və hüquqa zidd davranışdır.

Ələsgər Məmmədli xatırladır ki, yeni “Media haqqında” qanunun 14.1.7-ci maddəsi jurnalistlərə birbaşa tələb qoyub ki, heç kəsin şərəf və ləyaqəti alçaldıla, işgüzar nüfuzu zədələnə bilməz.

Ələsgər Məmmədli - Açıq mənbələrdən götürülüb

“Birmənalı olaraq Zaur Kamalın verilişində qonaq gəlmiş şəxsin nüfuzu zədələnir, şəxsiyyəti alçaldılır”.

Digər tərəfdən, ekspert verilişdə etik prinsiplərin pozulduğuna da diqqət çəkir: “Mətbuat Şurasının qəbul etdiyi “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 3.1-ci maddəsi deyir ki,  jurnalistlər kimsəni doğulduğu yerə görə pisləməməli və bunu qabartmamalıdır. Verilişdəki qonağın Güneydən olduğu qabardılır ki, bu da diskriminativ yanaşmadır. Həmçinin qaydaların 3.2-ci maddəsinə görə, jurnalist hər kəsin şərəf və ləyaqətinə, şəxsi həyat toxunulmazlığına hörmətlə yanaşmalıdır ki, aparıcı hər iki tələbi pozur”.  

Ekspert qeyd edir ki, məsələ ilə bağlı Audiovizual şura, Mətbuat şurası da mövqelərini bildirməlidirlər.

Sosial

Son altı ayda yol qəzalarında 58 nəfər ölüb 

Aytac Məmmədli
16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Son altı ayda yol-nəqliyyat hadisələrinin 63,8 faizini (146 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə, 58 nəfər həlak olub, 99 nəfər xəsarət alıb.     Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli "Toplum TV"-nin sorğusuna cavab olaraq bildirib.    Onun sözlərinə görə, hadisələrin 15-i piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.   https://toplum.tv/sosial/baki-yollarindaki-xaosdan-cixis-yolu-varmi-manatliq-taksi-lerle-bagli-qerar-verilecek   "Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri daha çox Fətəli Xan Xoyski,  Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və “8 Noyabr” prospektlərində qeydə alınıb. Piyadalar çox səhlənkarlıq edirlər. Bu isə yol infrastrukturunun düzgün qiymətləndirilməməsinin nəticəsidir", - R. Əhmədli qeyd edib. Rüstəm...
Sosial

Füzulidə sərhədi qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda sərhədi qanunsuz keçmək istəyən 10 Şri-Lanka vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.  Bildirilir ki, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DSX “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. https://toplum.tv/siyaset/dsx-generalindan-qazaxin-7-kendi-ile-bagli-aciqlama "Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə...

Seçilmiş Videolar

Toplum TV loqo