Sosial

Qubad İbadoğlu: “Jurnalistlərin binasına nə qədər vəsait xərclənib?”

21 İyul, 2021
203

Sosial Media

Jurnalistlər üçün tikilmiş 3-cü bina yenə mənzil bölgüsü mövzusunu gündəmə gətirib.

Bu dəfə “Mənzillər mətbuat işçilərinə, yoxsa müharibə iştirakçılarına verilsin?” sualı ətrafında mübahisə gedir.

İqtisadçı ekspert, professor Qubad İbadoğlu isə məsələnin başqa tərəfinə toxunub:

“Hazırda jurnalistlər üçün nəzərdə tutulan üçüncü binadakı mənzillərin necə bölüşdürülməsinə dair müzakirələr gedir. İyulun 22-də bu suala son qoyula bilər. Təəssüf ki, bu binaya nə qədər vəsait xərclənməsi və onun hardan, necə maliyyələşməsi müzakirə mövzusu deyil” - İbadoğlu öz “Feysbuk” hesabında belə yazıb.

O xatırladıb ki, “2013-cü ildə jurnalistlərə verilən 156 mənzildən ibarət 17 mərtəbəli yaşayış evinin tikintisinə 22 milyon manat, 2016-cı ildə jurnalistlərə verilən 17 mərtəbəli, lakin əvvəlkindən fərqli olaraq 255 mənzilli binanın tikintisinə 21 milyon manat xərcləndiyi bildirilir. Bu mənzillərin tikintisində korrupsiyaya yol verildiyinə görə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru həbs olunub”.

Ekspert bununla bağlı daha bir məqama diqqət çəkib:

“Bəs görəsən, istifadəyə hazır olan 255 mənzilli 17 mərtəbəli üçüncü binanın tikintisinə nə qədər vəsait xərclənib?

Sosial

Əlillik verilən müharibə iştirakçılarının sayı bilindi

23 Sentyabr 2021

Rəsmi səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu II Qarabağ Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Nazirlikdən bildirilib ki, artıq 2000 nəfərədək müharibə iştirakçısına ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib. "Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən...
Sosial

“İşə götürmürlər, belə çıxır ki, ya oğru olmalıyam, ya da yüngül həyat tərzini seçməliyəm”

Roza Məmmədova
23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Gülnar Niftiyeva Azərbaycanda yaşayan minlərlə işsizdən biridir. 2018-ci ilə qədər həm dövlət, həm də özəl sektorda çalışıb. 3 ildir işsiz olan bu qadın ali təhsilli və təcrübəli olmasına baxmayaraq iş tapa bilmədiyindən evdə oturmağa məhkumdur. Onun sözlərinə görə, Azərbaycanda ali təhsilli insanların əksəriyyəti bu aqibəti yaşayır. “35 yaşdan sonra işə götürmürlər, pensiya yaşı isə 65-dir. Bəs 30 il ərzində vətəndaş nə etməlidir?” Artan işsizlər ordusu Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda  işsizlərin sayı 375,9 min nəfər olub. Amma müstəqil ekspertlər reallıqda işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox  olduğunu iddia edir, bildirirlər ki, ölkədə hazırda işsiz insanların sayı təxminən...
Seçilmiş Videolar