Sosial

Quru sərhədlərin bağlı olmasından kimlər qazanır?

Roza Məmmədova
22 İyun, 2022
1295

Açıq mənbələrdən götürülüb

Sıravi azərbaycanlı Tblisiyə səyahət etmək istəyirsə 157 manat, İstanbul üçün 261 AZN xərcləməlidir. Halbuki, quru yolla iki-üç dəfə daha ucuz səyahət etmək mümkündür.

Ölkədə iyun ayı ərzində 250-yə yaxın adam koronavirusa yoluxub, üç nəfər vəfat edib.

Buna baxmayaraq, Azərbaycan Nazirlər Kabineti (NK) iyunun 21-də Covid-19 pandemiyası səbəbindən "xüsusi karantin rejimi"ni sentyabrın 1-nə qədər uzadıb.

 İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağladığından ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür. Maraqlıdır ki, qonşu ölkələr olan İrana, Türkiyəyə quru yolla getmək üçün əvvəlcə Naxçıvana təyyarə ilə uçmaq, oradan isə sərhədi keçmək mümkündür.

Bakıdan Naxçıvana (Bakı- Biləsuvar- İran- Culfa istiqamətində) gedən avtobusların qiyməti 30 manatdır. Təyyarə ilə səfər etmək isə 60 AZN-ə başa gəlir. Bu məbləğin üzərinə digər nəqliyyat xərclərini də gəldikdə ödəniş daha da yüksəlir.

Bu isə o deməkdir ki, minimum 250 manat əmək haqqı alan vətəndaş təyyarə ilə xaricə gedib-gələmək üçün 2 ay heç nəyə pul xərcləməməlidir.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı giriş-çıxışa məhdudiyyət tətbiq edilməsini Nazirlər Kabineti (NK) həyata keçirir. “Toplum TV” quru sərhədlərlə bağlı sosial mediada edilən şikayət və narazılıqları NK-ya sorğu kimi ünvanlasa da, qurumun mətbuat nümayəndəsi İbrahim Məmmədov şərh verməkdən imtina edib.

İqtisadçı Azər Mehtiyev hesab edir ki, quru sərhədlərin bağlı olması pandemiya ilə bağlı deyil:

 “Xüsusən də nəzərə alanda ki, dəmiryolu da işlək vəziyyətdə deyil, bu zaman yeganə nəqliyyat vasitəsi kimi təyyarələrdən istifadə etmək qalır. AZAL-ın qoyduğu qiymətlər isə sadə insanların cibinə uyğun deyil deyə onlar səfərlərdən məhrum olurlar.

Hökumət bu qadağanı uzadarkən pandemiyanın yenidən qalxacağı riskini qiymətləndirməlidir. Ortada bir açıqlama olmadığı üçün o fikir yaranır ki, bu, şirkətlərə fayda vermək üçündür. Gedənlər isə yüksək qiymətə təyyarə bileti aldığı üçün bu AZAL-ın cibinə xidmət edir”.

İqtisadçı hesab edir ki, insanların hərəkətinin məhdudlaşdırılması ölkədən xaricə valyuta axının bir qədər qarşısını almaq məqsədi daşıya bilər.

İqtisadçı Rövşən Ağayev isə “Feysbuk” hesabında yazır ki, hərəkət məhdudiyyəti çox səbəbli bir qərar olub, əsasən, oliqarxiyanın mənafeyinə xidmət edir:

“Məqsəd həm də odur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, ordan da Türkiyəyə keçib həmin yerlərdə para xərcləməsinlər.

Bu qərarla həm kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzurlar”.

İqtisadçının fikrincə, turistik kanallarla kənarda valyuta xərcləmələri məhdudlaşdığından minimum 700-800 mln. ABŞ dolları ölkə daxilində dövr edir. Hökumət isə bunu “uğur” saya bilər.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo