Toplum TV
İyul ayının 3-də Sabunçu rayonu Ramana qəsəbəsinin sakinləri kommunal problemlərlə bağlı etiraz aksiyası keçiriblər.
Vətəndaşlar illərdir su və işıq probleminin həll olunmamasından, küçələrə zibil yeşikləri qoyulmamasından şikayətçidirlər.
İyulun 3-də qəsəbə də etiraz aksiyası keçirən sakinlər suyu pulla aldıqlarını bildiriblər.
“Maşının biri 30 manatdır. Ayda 2 dəfə su alıram. Mən işləmirəm, evdə kişi yox, bir yetimim var. Mən nəylə alım onu? Hardan alım?” – Ramana sakini Səbinə xanım belə deyib.
Vətəndaşlar su problemiylə bağlı dəfələrlə rəsmi qurumlara müraciət etdiklərini, lakin heç bir nəticəsi olmadığını deyirlər. Sakinlərin bildirdiyinə görə, qəsəbədə əsas yollar təmir olunsa da, ara yollar və küçələr olduğu kimi qalıb.
“İlham Əliyev o boyda pul ayırmışdı. Kimlər ki 2-3 min pul verdi, onların küçəsinə yol çəkdilər. Bundan İlhamın xəbəri var? Yazıq pul ayırıb, hamısını basıb yeyirlər” – sakinlərdən biri belə deyib.
Hüseyn Mehdiyev suyun parniklərə verildiyini, ona görə də qıtlıq yarandığını qeyd edib: “Bilmirəm, kimin parnikləridir, bu dəqiqə su onlara gedir, bizim suyumuzu kəsirlər. Dayı deyir ki, İlham Əliyevin xəbəri yoxdur. İlham Əliyev şəffaf seçkilər keçirsin, xəbəri olsun. Burda bələdiyyə üzvləri şəffaf seçilsələr, bilərlər ki, insanlardan asılıdırlar, sabah səs istəyəcəklər bizdən, ona görə gəlib işləyərlər. Ona görə İlham Əliyevə ehtiyacımız olmayacaq bizim”.
Hüseyn Mehdiyev qəsəbədə sənədləşdirmə probleminin də olduğunu bildirib:
“Sərəncam verilməsinə baxmayaraq ərazidə heç bir evin sənədi yoxdur. Əgər Neft Fondunun ərazisidirsə, ya gəlib söksünlər buranı, ya da bizə bir yol göstərsinlər”.
Qəsəbə sakini Sevil Baxşəliyeva deyib, elektrik enerjisinin zəif olmasına görə məişət avadanlıqları sıradan çıxıb: “20 il bundan qabaq qəsəbəyə 100 nəfər üçün transformator qoyulub. İndi burda əhalinin sayı-hesabı yoxdur. Camaat çoxalıb, işığın gücü çatmır. Çox zəifdir. Kondisionerlərimiz, soyuducularımız yanır”.
S.Baxşəliyeva da susuzluqdan əziyyət çəkdiklərini qeyd edib:
“Suyu gecələr verirlər. Heç olmasa, gündə 3 saat versinlər. Gecə krantı açıq qoyuruq ki, su gəlsə, xəbərimiz olsun. Saat 5-də gəlir, axır gedir. Xahiş edirik ki, bizə kömək etsinlər. Yayda susuzluqdan yanırıq. Çətin vəziyyətdəyik, bilmirik nəyin dərdini çəkək”.Şəkil vidjetŞəkil vidjet
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür