Sosial

Rəşad Həsənov: “”Azərsu”da korrupsiya yüksək səviyyədədir”

Aytən Zamanova
1 Fevral, 2021
1815

Sputnik.az

“Deyilən arqumentlərin bəziləri əks arqumentlərdir. Abonentlərin sayının artması normalda müəssisənin gəlirlərini artırır. 2016-2019-cu illəri müqayisə etmiş olsaq görərik ki, müəssisənin gəlirlərində 24 milyon manat artım var”.

İqtisadçı ekspert Rəşad Həsənov hökumətin su-kanalizasiya tariflərini artırması ilə bağlı qərarını şərh edərkən belə deyir.

Ekspertin sözlərinə görə, qiymətlərin artırılmasını abonentlərin sayının artması  ilə əlaqələndirmək düzgün deyil: “Əslində müəyyən mənada bəzi məsələləri başa düşmək olar. Məsələn, ötən dövr ərzində yanacağın qiyməti artdı. Ya da orta aylıq əməkhaqqının artması nəticədə bu qurumun da əməkhaqqı fondunun artmasına gətirib çıxarıb. Eyni zamanda gəlirləri də artıb”. 

İqtisadçı deyir ki, qurumun enerji xərcləri 2016-cı ildə 33 milyon manat idisə, 2019-cu ildə bu rəqəm 47 milyona yüksəlib. 

O, əməkhaqqı xərclərinin isə 25 milyon manat artdığını vurğulayır. 

Ekspertin sözlərinə görə, müəssisənin fəaliyyətində ciddi nöqsanlar var: “Qurumda korrupsiya çox yüksək səviyyədədir. Burada həm də səmərəsiz vəsaitlərin istifadəsi məsələsi var. Qurum üçün 120 milyon dollar dəyərində yeni inzibati bina tikilir. 2019-cu ildə müəssisənin illik  dövriyyə gəlirləri 193 milyon manat olub”.

O deyir ki, illik gəliri 193 milyon manat olan quruma 204 milyon manat dəyərində inzibati bina tikilməsi məntiqsiz davranışın nəticəsidir: “Deyirlər ki, qurum dövlət büdcəsindən 45 milyon manat subsidiya alır. Əgər elədirsə, bundan sonra 4-5 il müddətində subsidiya almadam həmin inzibati binanın tikilməsi ilə bağlı xərcləri yönəltməklə əhalini daha aşağı qiymətlə su ilə təmin etmək mümkün idi”.

İqtisadçı hesab edir ki, Azərbaycanda su itkisi kifayət qədər yüksək indiqatordur. 

Onun sözlərinə görə, mənbədən götürülən suyun 25%-i, istehlak olunan suyun da 39,6 %-i itkiyə gedir. 

Ekspertin fikrincə, itkiyə gedən su dövlət büdcəsi üzərində əlavə yük formalaşdırır: “İtkiyə gedən suyun əhəmiyyətli bir qismi qeyri-qanuni şəkildə “Azərsu”nun öz əməkdaşları tərəfindən müəyyən biznes subyektlərinə satılan sudur. Hansı ki pulu yığılmır”. 

İqtisadçı bildirir ki, qurumun fəaliyyətinin dəqiq incələnmədiyi, korrupsiya faktlarının aradan qaldırılmadığı, səmərəliliyin təmin edilmədiyi halda qiymətlərin 2 dəfə artırılması məntiqli deyil.

Deputat, iqtisadçı ekspert Vahid Əhmədov “Azərsu”nun açıqlamasına münasibət bildirərkən deyir ki, əhali arasında narazılıq olduğuna görə belə arqumentlər səsləndirilir.

Vahid Əhmədov. FOTO: Azadlıq radiosu

“Bu arqumentlərin bəziləri həqiqəti əks etdirir. Su təchizatı genişləndirilib. 24 saatlıq təminata keçilib”, - o belə deyir.

Deputat suyun qiymətinin 2 dəfə artırılmasını düzgün hesab etmir. 

Onun sözlərinə görə, Azərbaycanın dünya dövlətləri ilə müqayisə edilməsi düzgün yanaşma deyil: “Yanacağın qiymətini təzə qaldırdılar. Bununla əlaqədar ərzaq bazarında çox ciddi qiymət artımı var. Suyun da qiyməti artdı. Su da bütün məhsulların maya dəyərinfə oturub”. 

İqtisadçı hesab edir ki, qiymət artımı ilə bağlı ortaq məxrəcə gəlmək lazımdır: “Artıra-artıra gedilir. Digər tərəfdən də insanların maaşı, pensiyası, müavinətlər var. Şəhidlərimiz, qazilərimiz var. Onların təminatına da müəyyən qədər vəsait ayrılır. Bunlar uzlaşmayan məsələlərdir. Diqqət yetirmək lazımdır”. 

Fevralın 1-də “Azərsu”ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov açıqlama verib.

Tarif Şurasının su-kanalizasiya tariflərinin artırılması ilə bağlı qərarına münasibət bildirib:

"Su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib. Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50%-dən 70%-ə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo