Sosial

Rövşən Hacıbəyli: "Nə qədər ki Nuşirəvan ölkənin padşahıdır, mənim gözləntim yoxdur"

22 İyul, 2021
856

Sosial Media

Bu gün Azərbaycan mətbuatının 146-cı ildönümü tamam olur.

22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi Azərbaycan dilində ilk qəzetin – "Əkinçi"nin əsasını qoyub.

Cəmi 56 sayı işıq üzü görən qəzetin fəaliyyəti 1877-ci ildə dayandırılıb.

1991-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllimovun fərmanıyla 22 iyul Milli Mətbuat Günü adlandırılıb.

Bəs mətbuatın bügünkü durumu necədir, media dövrün tələblərinə cavab verirmi?

“Bugünkü mətbuatın sinonimləri imtiyazçılıqdır, təlimatçılıq, direktivçilikdir”, - köşə yazarı Elnur Astanbəyli belə düşünür.

Elnur Astanbəyli

O deyir ki, Azərbaycanda rəsmi senzuranın ləğv edilsə də, medianın fəaliyyəti qeyri-rəsmi və daxili senzura ilə məhdudlaşdırıldı: “Zaman keçdikcə jurnalistlərin döyülməsi, həbsi, KİV-lərin böyük məbləğlərdə cəmlənməsi, bununla paralel olaraq, mətbuatın müxtəlif imtiyazlarla içəridən fəth edilməsi gün keçdikcə adi hal almağa başladı. Elmar Hüseynovun qətli bu prosesin kulminasiya nöqtəsi oldu. Bu kulminasiya həddinin ardından da medianın sürətli enişi start götürdü və 2010-cu illərin əvvəllərində tamamilə dibə vurdu! Tənqidçi, müstəqil, müxalif media sürətlə sıradan çıxmağa, daha dəqiq desək, çıxarılmağa başladı və nəticə göz önündədir: ölkədə bir dənə də müstəqil yazılı KİV qalmayıb. Tənqidçi, müxalif media adına isə bir əlin barmaqlarını keçməyəcək sayda elektron KİV var, ya yox... Onların da tənqid, yaxud tərəfsizlik imkanları bəllidir – bir yerdə mütləq daxili senzuraya məruz qalır. Bir sözlə, hazırkı Azərbaycan mətbuatını sadaladığım normativlər baxımından 90-cı illər mətbuatı ilə müqayisə etmək gülüncdür. Bütün çatışmazlıqlarına baxmayaraq 90-cı illər mətbuatının rəngarəngliliyi, çoxsəsliyi artıq qibtə doğurur”.

Yazarın sözlərinə görə, bugünkü mətbuatla cəsarət bir-birlərini rədd edən anlayışlardır: “İstisnalar ola bilər, ancaq istisnaların qaydanı dəyişmədiyi də göz önündədir. Tək-tük adamların fədakarlığı, nə yazıq ki, bu sadə həqiqəti dəyişmək iqtidarında deyil. O ayrı məsələdir ki, bir ölkənin mətbuatından cəsarət gözləmək əslində həmin ölkənin hüquq və azadlıqlar baxımdan nə qədər acınacaqlı durumda olduğunu göstəricisidir. Çünki doğrunu yazmağın cəsarət tələb etdiyi bir yerdə demək ki, ədalət yoxdur, hüquq işləmir, azadlıqlar dəfn olunub. Təəssüf ki, Azərbaycan mətbuatı basqılar qarşısında tab gətirə bilmədi və hazırkı vəziyyətdə o, "tikansız gülə" çevrildi. Bir az da dəqiqləşdirsəm, vaxtilə medianın "keşikçi köpək" missiyası barədə danışmaq dəb idi, indiki vəziyyətdə isə "dişsiz köpək" barədə danışmaq daha doğru olardı”.

“Mətbuatın təyziq altında olduğunu hiss etmirəm”

Aqil Abbas - BBC

Deputat, Əməkdar jurnalist Aqil Abbas isə bu mövzuda fərqli düşünür. O, mətbuatın təzyiq altında olması ilə bağlı fikirlərlə razılaşmadığını deyir: "Mətbuatın təyiq altında olduğunu hiss etmirəm. Senzura oldu-olmadı, hər kəsin özünə tətbiq etdiyi daxili senzurası var: nəyi və necə yazmaq".

“90-cı illərdə - senzura olduğu dövrdə belə, nəyisə tənqid etmək qadağan deyildi. Senzura ayrı-ayrı adamları qorumurdu ki, əsas prinsipi dövlətin sirləri ilə bağlı idi. Elə o illərdə də qəzetlər istədiyini yazır, istədiyini tənqid edirdi. İndisə senzura ümumiyyətlə yoxdur. Kimin gücü, cəsarəti çatırsa, yenə yazar, çatmaz yazmaz”, - deyə deputat bildirib.

Deputat jurnalistlərə təzyiqlərlə bağlı suala isə qısaca belə cavab verib: “O vaxt Elmar Hüseynovun qətli çox ağır hadisə-jurnalistikanın sinəsinə atılan güllə oldu. Amma bu o demək deyil ki, bütün jurnalistlər qorxu içində yaşayır. Ən azından mən belə bir şey hiss etməmişəm”.

“İndi mətbuat var ki, onun cəsarəti də ola?”

Rövşən Hacıbəyli

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli deyir ki, 1998-ci ilə qədər hökumət istəmədiyi şeyin dərc edilməsinə icazə vermir, xoşuna gəlməyənləri kəsib götürürdü.

Onun fikrincə, sonradan bu qadağa ləğv edilsə də, mətbuata elə bir faydası olmadı: “Dərd orasındadır ki, bu dəfə də insanların içində senzura əmələ gətirdilər. Bu halda rəsmi senzura oldu, ya olmadı nə fərq edər ki?”

“2010-cu ilə qədər bir neçə qəzet,jurnal müəyyən qədər fəaliyyətini davam etdirməyi bacarırdı. Mətbuata Dövlət Dəstəyi Fondunu yaratmaqla mətbuatın axırına çıxdılar. Guya təzə yaradılanda fondun məqsədi mətbuatın inkişafı, müstəqilliyinin təminat idi. Yəni fond vasitəsilə mətbuata qrantlar ayrılırdı ki, o, müstəqil fəaliyyət göstərə bilsin. Amma əksi oldu. Hökumətözünə məxsus qəzetləri maliyyələşdirdi, eyni zamanda, mətbuata nəzarəti daha da gücləndirdi. 11-12 il boş-boşuna o fonda pul axıtdılar, sonda da anladılar ki, bu gərəksiz bir qurum imiş. İndi də həmin qurumun adını ləğv edib MEDİA qoyublar. Ancaq siyasət elə həmini siyasətdir”, - Hacıbəyli belə deyir.

Jurnalist Azərbaycanda mətbuatın mövcud olduğuna şübhə etdiyini söyləyir. Onun fikrincə, mətbuat çoxdan öldürülüb: “Məşhur məsəldə olduğu kimi, Nuşirəvan nə qədər ki, ölkənin padşahıdır, mənim ümidim, gözləntim yoxdur. Bu siyasət ki davam edir, mətbuatın gələcəyindən söhbət gedə bilməz. Asılı mətbuat ola bilməz, jurnalist hökumətdən ev alırsa, o heç vaxt ədalətli mövqe, tənqid sərgiləyə bilməz. Çox təəssüf ki, Azərbaycanda jurnalistin mövqeyi mənzil, qrantlar və hədiyyələrlə ələ alınır. Bu jurnalistdən nə gözləmək olar ki? O hansı ədalətsizlikdən yazacaq?”

Azərbaycan mətbuat azadlığı cədvəlində: bir addım irəli, bir addım geri

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) 2021-ci ildə yaydığı illik mətbuat azadlığı reytinqində 180 ölkə arasında Azərbaycan 167-ci yerdə qərarlaşıb.

Keçən il bu göstərici 168, 2019-cu ildə isə 166 idi.

Qonşulardan siyahıda Azərbayacana ən yaxın ölkə Rusiya olub, 150-ci yer.

Ermənistan 63, Gürcüstan isə mətbuatın azadlığına görə 60-cı yerdədir.

Reytinq cədvəlində ardıcıl bir neçə ildir ki, ilk yerləri Skandinaviya ölkələri olan-Norveç(1), Finlandiya(2) bölüşür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo