Sosial

Rusiyada universitetə silahlı basqın: ölən və yaralananlar var

20 Sentyabr, 2021
94

Perm Dövlət Milli Tədqiqat Universitetində baş verən atışma nəticəsində ölənlərin sayı 8-ə, yaralananların sayı 19-a çatıb. 

TASS-ın bu gün, sentyabrın 20-də verdiyi məlumata görə, hücumu 18 yaşlı Timur Bekmansurov adlı şəxsin törətdiyi ehtimal edilir. Onun 12×76 kalibrli ov tüfəngi "Huglu Atrox Tactic Pump Action" tüfəngi ilə silahlandığı bildirilir. 

Rusiya İstintaq Komitəsi şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. 

KİV-in məlumatına görə isə o saxlanılan zaman aldığı yaralardan ölüb. 

T.Bekmansurov hücumu törətməzdən əvvəl sosial media hesabında məlumat paylaşıb. O, hücumu uşaqlıqdan bəri planlaşdırdığını və 10-cu sinifdən bəri silah-sursat almaq üçün pul yığdığını bildirib. Onun sözlərinə görə, hansısa radikal təşkilatın üzvü deyil və hücumu özbaşına təşkil edib. 
 

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar