Rusiyadan pul köçürmələri – məhdudiyyətlər banklara yavaş-yavaş gəlir
The Moscow Times
Ülkər Axundova Rusiyada yaşayıb işləyən övladlarının göndərdiyi vəsaitlə yaşayışını təmin edən on minlərlə azərbaycanlıdan biridir.
Statistik məlumatlara görə, 2021-ci ildə Rusiyadan Azərbaycana pul göndərişlərinin həcmi nə az, nə çox, 986 milyon dolları aşıb.
İki oğlu Rusiyada yaşayan Ülkər Axundova son vaxtlar göndərilən vəsaitlərin alınması ilə bağlı müəyyən çətinliklər yaşandığını deyir. Məsələn, əvvəllər birbaşa bank kartına köçürmə etmək olurdusa, indi bu mümkünsüzdür. Bununla belə, onun sözlərinə görə, bəzi pul köçürmə sistemləri Ukrayna ilə müharibə və ondan sonra Rusiyaya tətbiq edilən sanksiyalara baxmayaraq, fəaliyyətini dayandırmayıb.
Axundova davamlı olaraq, “Zolotaya Korona” ödəniş sistemindən istifadə etdiyini, amma köçürmə zamanı rublun kursuna görə əhəmiyyətli vəsait itirdiklərini deyir.
https://toplum.tv/dunya/vladimir-putinin-populyarligi-asagi-dusub
Bir çoxları kimi, o da ara-sıra bu sistemin də fəaliyyətini dayandıracağı barədə sosial şəbəkələrdə oxuduğu xəbərlərdən narahat olduğunu bildirir.
“Zolotaya Korona” da daxil olmaqla, Rusiyanın pul köçürmə sistemləri Azərbaycanın bəzi banklarında həqiqətən də fəaliyyətini məhdudlaşdırıb.
Məsələn, “Unibank” vasitəsilə köçürmələr artıq bir aya yaxındır ki, dayandırılıb. “AzərTürk Bank”dan isə deyirlər ki, sözügedən xidmətlə təcili pul köçürmələrini bir ildir dayandırlıblar.
“Beynəlxalq Bank”dan verilən məlumata görə, uzun illərdir “Zolotoya Korona” ilə əməkdaşlıq etmirlər. “Bank of Baku”da da “Zolotaya Korona” işləmir. Amma Rusiyadan pul köçürmələri bu iki banka başqa ödəniş sistemləri vasitəsilə edilir.
"Kapital Bank", "Rabitəbank", "Unibank", "TuranBank", "Bank Respublika", "Yelo Bank", "Bank BTB", "Muğan Bank", “AFB Bank” filiallarında isə köçürmələrlə bağlı heç bir dəyişikliyin olmadığını deyirlər.
"TuranBank"da Rusiyadan pul köçürmələrini rubl, dollar, manatla əldə etmək olar.
"Yelo Bank", "Muğan Bank" kimi banklarda isə göndərilmiş vəsaiti ancaq dollar və manatla əldə etmək mümkündür.
“Günay Bank”da Rusiyadan köçürmələr qəbul olunmur. Amma Azərbaycandan rublla pul köçürmələri mümkündür.
“AFB Bank” dan isə bildiriblər ki, istənilən halda Azərbaycana Rusiyadan daxil olan pul köçürmələri manatla təqdim edilir.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir