Sosial

Rusiyanı tərk edən vətəndaşlar – “Rusiya? Vətən? O nədir? Əvvəlcədən çıxmaq lazımıydı”

29 Sentyabr, 2022
1070

Sosial Media

Rusiya-Gürcüstan sərhədindəki tıxac sentyabrın 27-də 20 kilometrdən çox uzanırdı. Səfərbərlikdən qurtulmağa çalışan rusiyalılar ölkədən çıxmaq üçün günlərini sərf edirlər. Eyni zamanda Şimali Osetiya hakimiyyəti sərhəddə hərbi komissarlığın səfərbərlik məntəqəsini yaradıb. “Meduza”nın xahişinə əsasən jurnalist Vladimir Sokolov rusiyalıların öz avtomobillərini ataraq Yuxarı Lars nəzarət-buraxılış məntəqəsini (NBM) keçmələri barədə danışır.

Materialı azərbaycan dilində Toplum TV oxucularına təqdim edirik.

Sanki möhürü qırdılar

Tbilisi  aeroportunda qohumların və taksi sürücülərinin gələnləri  qarşıladığı zonada 40 yaşlı qadın və iki oğlu duraraq çaşqın-çaşqın ətrafa göz gəzdirirlər. Üçü də havaya uyğun geyinməyib, Tbilisidəki 18+ hərarət üçün şərf və gödəkçələri çox qalındır. Valentina uşaqları ilə - birinin 13, digərinin 9 yaşı var – Ufadan uçub. Onun əri, hərbi mükələfiyyətli ehtiyatda olan zabit Gürcüstan sərhədi qarşısında haradasa tıxacdadır.

Rusiyadan Gürcüstana keçməyin mümkün olduğu yeganə Nəzarət Buraxılış Məntəqəsi (NBM) Yuxarı Lars buraxılış məntəqəsidir. O, Vladiqafqazdan 35 kilometrlik məsafədə yerləşir. Şimali Osetiya hakimiyyətinin məlumatına görə, sentyabrın 27-də məntəqə qarşısındakı növbənin uzunluğu 20-30 kilometrə çatırdı və burada 5,5 mindən çox avtomobil dayanırdı. Bu məsafəni 3-4 gün ərzində qət etmək olar. Səfərbərlikdən qaçmağa çalışan rusların çoxu belə bir müddəti hesaba almayıblar, özləri ilə yemək və su götürməyiblər.

Valentinanın ailəsi səfərbərlik elanından sonra bir müddət harasa getmək barədə qərar qəbul etməyib. Amma mənzilin qapısı döyüləndən sonra fikrini dəyişiblər. “Kimin döydüyü belə məlum deyil. Qapını açmadıq. Amma elə bil ki, möhürü qırdılar”, - ufalı qadın xatırlayır. Ertəsi gün bütün ailə ölkədən çıxmaq üçün maşına oturdu. İndi Valentina və əri təəssüflənirlər: onun sözlərinə görə, vətəndə nə gözlədiyi aydın idi, hərçənd yaxşı heç nə gözlənilmirdi. Gürcüstanda da yaxşı heç nə gözlənilmir, üstəlik nə gözlədiyi aydın deyil. Valentinanın üzərində xaricdə işləməyən “MİR” kartı və bir qədər nağd pul var. Tbilisidə tanışları yoxdur.

https://toplum.tv/dunya/putin-heqiqeten-nuve-silahindan-istifade-ede-bilermi

Valentina əri ilə Stepantsminddə - Rusiya-Gürcüstan sərhədinin bir neçə kilometrliyində - görüşməyi şərtləşiblər. Aeroportda dərhal yerli taksi sürücüsü yaxınlaşır və Stepantsmində 15 min rubla aparmağı təklif edir: “Onsuz da daha ucuz getməyəcəksiniz. Burada durub nə edəcəksiniz, kimi gözləyəcəksiniz?” Nəhayət Valentina getməyə razı olur.

Tbilisidən Stepantsmində marşrut avtobusuyla da getmək olar. Belə avtobuslar avtovağzaldan yola düşürlər.

Tbilisidən çıxandan sonra qarşıdan gələn maşınların təxminən yarısında Rusiya nömrələridir, çoxu da – Moskva. Krasnodar, Rostov, Stavropol avtomobilləri də tez-tez rast gəlinir. Gürcüstana gedən rusiyalıların yaratdığı teleqram çatlarında iddia olunur ki, Krım nömrəli maşınlar buraxılmır. Qondarma DXR və LXR nömrəli avtomobillərlə də eyni şey baş verir.

Şimali Osetiyadan xeyli maşın var. Bizim sürücü izah edir ki, bunlar Vladiqafqazdan Tbilisiyə sərnişin daşıyanlardır.

“Bəsdir pul qopardınız”

Velosipedli iki gənc elə indicə Gürcüstan sərhədini keçiblər. Onlar yaş skamyaya oturub üzlərini yağışa tuturlar və bəxtəvər-bəxtəvər gülümsəyirlər.

Gənclər, hara gedəcəksiniz? – yanlarında peyda olan taksi sürücüsü dərhal soruşur.

Bilmirik, - gənclərdən biri təbəssümünə ara vermədən cavab verir.

Saşa və Dima Gürcüstana Stavropoldan gəliblər. Vladiqafqaza avtobusla yetişiblər, burada iki velosiped alıblar və onlarla özlərini Yuxarı Larsdakı tıxacın əvvəlinə çatdırıblar. Sonra piyada, velosipedlər yanlarında hərəkət ediblər: istiqamət üzüyuxarı idi, sürmək çətin idi. İkisi də hərbi xidmətdə olmayıb, hərbi ixtisasları yoxdur, dizayner işləyirlər. Hərbi komissarlıqdan narahat etməyiblər, amma “bütün bunları görüb”, öz sözlərinə görə, “aradan çıxmaq qərarına gəliblər”. Dima deyir: “Sanki küçədə gəzmək də qorxulu olub. Rusiya? Vətən? O nədir? Əvvəlcədən çıxmaq lazımıydı”.

“Bizim üçün daha asandır, nəinki bütün bu insanlar üçün, – Dima sərhədin artıq Gürcüstan tərəfində dayanan maşınları göstərir. – Bütün əmlakımız özümüzlədir, - əlavə edir və başını göstərir. Saşa və Dimanın sözlərinə görə, Rusiyada valideynlərindən başqa heç nələri qalmayıb.

Sentyabrın 27-də Şimali Osetiya hakimiyyəti sərhədi piyada keçməyə icazə verdi – “minik nəqliyyatının axını” və “gərgin vəziyyət”ə görə. O vaxta qədər NBM-dən yalnız maşınla, velosipedlə, hətta skuterlə keçmək olardı. Rusiyadan Gürcüstana keçməyə çalışan insanların ünsiyyət qurduğu teleqram çatlarında son həftədə velosiped satışı haqqında yüzdən çox elana rast gəlmək olar.

Belələri arasında “Yuxarı Lars – Çat” qrupu ən çoxsaylısıdır: burada 130 mindən çox adam var. Çatda gün ərzində göndərilən məlumatların sayı 35 minə çatır. Burada mövzuya dair hər şeylə bağlı sual verirlər. Səslənən qiymətlərdən narazılıq edilir: “Siz hamınız eyni qayıqdasınız, öz günahınız olmadan, sadəcə sabah heç nəyə görə ölmək qorxusu olmadan normal yaşamaq istəyirsiniz. Bir-birinizə kömək edin! Bəsdir pul qopardınız!”

Sentyabrın 26-da Gürcüstanla sərhədə zirehli transportyorlar yaxınlaşdı. Bu, çatlarda həyəcanlı xəbərlər dalğası yaratdı. Bəziləri zarafat etməyə cəhd göstərdilər: “LXR və DXR-a qədər zirehli transportyorda iki yer var”. Başqaları deyindilər: “Biotualetlər gətirsəydilər daha yaxşı olardı”. Sonra sərhəd xidmətindən bildirdilər ki, zirehli texnika “hər ehtimala qarşı” göndərilib. Axırda da Yuxarı Larsda hərbi komissarlığın səfərbərlik məntəqəsini açdılar. O zaman Şimali Osetiya hakimiyyəti bildirdi ki, çağırış vərəqələri yalnız region sakinlərinə veriləcək.

Yerli taksiçilər NBM-nin yanında sərhədi keçən rusları gözləyirlər. Tbilisiyə gediş 5 mindən 10 min rubla qədərdir, əgər NBM-dən bir qədər irəli getsən, üç min üstəgəl velosipedə görə min rubla danışmaq olar. Əgər ödəməyə lari varsa, paytaxta gediş bir az da ucuz başa gələ bilər. Amma gələnlərin hamısında rubldur.

Arvadım “get” dedi

27 sentyabr axşamında “Yandeks. Xəritələr”in məlumatına görə, tıxac Yuxarı Larsdan az qala Balta kəndinə qədər uzanırdı – bu, təxminən 20 kilometrdir.

“Bizim bəxtimiz gətirdi, cəmi səkkiz saata gəldik”,  - elə indicə NBM-ni keçən Yeqor danışır. Onun sözlərinə görə Vladiqafqaz yaxınlığında süni tıxac yaradılır: bir mülki minik avtomobili qəsdən yolun üzərində çəpəki dayanıb və yalnız qarşı zolaqla onun yanından keçə bilərsən. Yanında dayanan yol polisləri sanki maneəni görmürlər. Yeqor iddia edir ki, Şimali Osetiya nömrəli maşınlar qarşı zolaqla problemsiz keçirlər, yol polisi onları saxlamır. Başqaları belə etməyə cəhd göstərəndə polis saxlayır. “Min dollar müqabilində bizi sayrışan işıqlarla müşayiət etməyi təklif etdilər. Bu biabırçılıqdır”, - Yeqor deyir.

Sərhədi keçmək üçün növbəsini gözləyənlər arasında Kirov şəhərindən 43 yaşlı hərbi mükəlləfiyyətli radist Sergey (öz xahişinə əsasən adı dəyişdirilib) də var. O, arvadı ilə sentyabrın 23-də getmək barədə danışıb: “Ona dedim ki, biz bugünkü qanunvericilik çərçivəsində həyatımızı planlaşdırırıq. Onlar isə qanunları hər gün dəyişirlər. Arvadım da “get” dedi”.

 Sergeyin sözlərinə görə, Mozdok ətrafından yol polisi postları başlayır, bu da Yuxarı Larsdan təxminən 120 km, Vladiqafqazdan isə 90 km-dir. “Orada rüşvət istədilər – üç min. Yoxsa “səfərbərliklə bağlı problem yaradacaqlarını” vəd etdilər”. Min rublla razılaşdıq.

Sergey iddia edir ki, Vladiqafqaz yaxınlığında yol polisi hərəkəti qəsdən yavaşıdır: yolda dayanan polis avtomobilləri saxlayır və deyir ki, Yuxarı Larsda böyük tıxac var, buna görə də gözləmək lazımdır. Maşınları hissə-hissə buraxırdılar – hər 30-40 dəqiqədən bir iyirmi avtomobil.

Sentyabrın 27-də Sergey maşınını yolun kənarında ataraq özü ilə götürdüyü velosipedə oturub. Avtomobilsiz NBM-nə daha tez çatmaq olar, cəmi bir sutkaya.

https://toplum.tv/dunya/rusiya-hokumetindeki-adamyeyenler-repressiyalar-genislenir

Sergeyin arvadı və iki uşağı Rusiyada qalıb. Onlar nə edəcəklərini hələ bilmirlər.

Şimali Osetiyanın rəhbəri Sergey Minyaylo sentyabrın 27-də axşam bildirdi ki, çağırışa düşən bütün rusiyalılara Yuxarı Lars keçid məntəqəsində çağırış vərəqəsi veriləcək. Respublikanın girişində və NBM-nin özündə isə “hərbi komissarlıqların və icra hakimiyyətinin nümayəndələrindən ibarət mobil operativ qruplar” təşkil olunub.

* * *

Tbilisidə isə  ev və hotellərə tələbat ajiotajı artmaqdadır. İcarə haqları yüksəlməyə başlayıb. Müharibə başlayarkən minlərlə rusiyalı Gürcüstana sığınanda artıq belə olmuşdu.

Xeyli Gürcüstan vətəndaşı gələn rusiyalıların sayından və ölkə hakimiyyətinin bu axının qarşısını almamasından narahatdır. Sentyabrın 27-də müxalif “Aqmaşenebeli strategiyası” partiyasının sədri Georgi Vaşadze hökumətdən Rusiya vətəndaşları üçün sərhədin dərhal bağlanılmasını tələb edib.

***

Tbilisi hotellərindən birinin həyətində üç avtomobil dayanıb: biri Gürcüstan, digəri Moskva, üçü Krasnodar nömrəsi ilə. Kür çayı üzərində körpünün yanındakı asfaltın üzərində kimsə qırmızı boya ilə «visa for fucking russians» yazıb və ürək çəkib.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo