Sosial
Sabah Bakıda küçəyə çıxmamaq tövsiyə olunur
27 Noyabr, 2020
Baxış: 145
Son günlərdə "COVID-19"-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı press-relizdə bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunub.
Sosial

Tütündən imtina etmək istəyənlərə nazirlik yardım göstərəcək
 

27 Yanvar 2021

Eater LA

Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə fevralın 1-dən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə xüsusi “Qaynar xətt” fəaliyyətə başlayacaq. Bu barədə yanvarın 27-də nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər alacaqlar. Tütündən imtina üzrə “Qaynar xətt”: (+994 050) 800 70 45; e-mail: qaynarxett@isim.az. Nazirlik bildirib ki, həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla), saat 10.00-14.00 arası zəng edərək, tibbi-psixoloji tövsiyə əldə etmək mümkündür. "Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə...
Sosial

Fransa şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir

27 Yanvar 2021

Azernews

“Düşünürəm ki, Fransa şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə töhfə verməsi üçün heç bir maneə yoxdur”. Bunu yanvarın 27-də Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib. O bildirib ki, suyun təmizlənməsi, elektrik sahələri üzrə Fransanın tanınmış və çox təcrübəli şirkətləri var. Dövlət katibi qeyd edib ki, Azərbaycanda nazirlərlə görüşündə gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparılıb: “Mədəniyyət naziri ilə görüşümüzdə 30 illik diplomatik münasibətlərimizlə bağlı Bakıda sərginin təşkil olunmasını müzakirə etdik. Bu sərgidə müəyyən əsərlərin nümayişi, İpək Yolu İnstitutunda da Azərbaycanla bağlı sərginin keçirilməsi məsələsi müzakirə olundu”.
Seçilmiş Videolar