Sosial

Sabirabadda ağaclar quruyur - İcra hakimiyyəti xəstəlik düşüb deyir

Roza Məmmədova
22 İyul, 2022
727

Toplum TV

İyulun 22-də Sabirabad İcra Hakimiyyəti rayondakı ağacların quruması ilə bağlı “Toplum TV”nin sorğusuna cavab verib.

Bildirilib ki, respublikanın bütün rayonlarında olduğu kimi Sabirabad rayonu ərazisində də son 3 ildə çoxsaylı şam ağacları quruyub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aqronom-entimoloqları tərəfindən həmin ağaclara baxış keçirilsə də, sirayət etmiş xəstəliyin qarşısını almaq mümkün olmayıb.

“Baxış aktında Sabirabad şəhərinin ərazisində, o cümlədən H.Əliyev prospekti, 20 Yanvar və İ.İsgəndərov küçələrində bəzi ağaclar, o cümlədən şam ağacları vegetasiya dövrünü başa vurduğundan, həmçinin mənşəyi bilinməyən infeksiya nəticəsində köküstə tam qurumuş vəziyyətdə olduğu qeyd edilib və həmin ağacların təhlükəsizlik qaydalarına riayət edilərək kəsilməsinə qərar verilib”, - deyə açıqlamda qeyd olunub.

https://toplum.tv/musahibe/ih-sobe-mudiri-problem-muharibe-istirakcilarinin-issizliyidir

Məlumatda icra hakimiyyətinin daxili imkanlar hesabına Tərtər,  Astara, Şəmkir, Türkəyə (1 tir), İran (4 tir) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarından ağac və digər bitkilər gətirildiyi bildirilib:

“Son 2 ildə heç bir dövlət vəsaiti xərclənmədən rayon ərazisində qurumuş və kəsilmiş ağacların əvəzinə 150 mindən çox yeni müxtəlif növ, o cümlədən meyvə və dekorativ ağaclar, gül kolları əkilib və bu işlər hazırda da davam etdirilir. Sabirabad rayon Yaşıllaşdırma sahəsi tərəfindən xidmət sahəsinə aid olan ərazilərdə, eləcə də zərurət tələb olunan yerlərdə ağaclara və gül kollarına mütəmadi olaraq qulluq göstərilir və daima nəzarətdə saxlanılır”.

Bir gün əvvəl “Toplum TV” Sabirabadda park və yollardakı ağacların quruması ilə bağlı reportaj hazırlamışdı.

https://toplum.tv/multimedia/sabirabadda-agaclar-quruyur-resmi-qurumlar-sessizdir

Rayon rəhbərliyi problemi ağaclara xəstəlik düşməsi ilə izah etsə də,  sabirabadlılar bu fikirlə razı deyil. Rayon sakinləri arasında ağacların baxımsızlıq səbəbindən quruduğunu deyənlər var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023

Açıq mənbələrdən götürülüb

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Toplum TV xəbər verir ki, bununla bağlı martın 30-da Prezident İlham Əliyev Fərman imzalayıb. https://toplum.tv/multimedia/psaatlida-etiraz-varlilar-yasayir-kasiblar-qirilirp Prezidentin fərmanıyla “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Öz növbəsində Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.  Bundan əvvəl Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib. 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi...
Sosial

Deputat Fazil Mustafa sui-qəsdə məruz qalıb

28 Mart 2023

Açıq mənbələrdən götürülüb

Milli Məclisin deputatına avtomatla atəş açılıb.   Toplum TV xəbər verir ki, baş vermiş silahlı hücum nəticəsində Fazil Mustafanın yaralandığı bildirilir. Deputatın yaxınlarından biri "Musavat.com"-a açıqlama verib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan onun üzərinə atəş açılıb.  "Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib", - deyə məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Seçilmiş Videolar

Toplum TV loqo