Sosial

Şahbaz Xuduoğlu: “Kitab qiymətləri ən az 20 faiz ucuzlaşacaq”

Nigar Səmədli
2 Sentyabr, 2021
404

Açıq mənbələrdən götürülüb

“Azərbaycanda kitab sahəsinin böhranlı vəziyyətdə olmasının səbəblərindən biri məhz vergi yükünün çox olmasıdır. Həm kitab satıcısı vergi verir, həm də kitab istehsalı üçün ölkəyə gələn xammal məhsuluna görə vergi alınır”.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu kitab məhsullarının vergi və gömrük rüsumlarından azad edilməsinin Milli Məclisin gündəliyinə çıxarılacağı xəbərini “Toplum TV”-yə şərh edərkən deyib.

Sentyabrın 1-də Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mətbuata açıqlamasında bildirib ki, Milli Məclisin payız sessiyasında kitab məhsullarının vergi və gömrük rüsumlarından azad edilməsi məsələsi müzakirə ediləcək.

Deputatın sözlərinə görə, komitə tərəfindən payız sessiyasında "Vergi Məcəlləsi”nə dəyişikliyin (kitab məhsullarının vergilərdən və gömrük rüsumlarından azad edilməsi) müzakirə olunub qəbul edilməsi planlaşdırılır

Bəs sözügedən dəyişiklik həyata keçirilərsə, bu, ölkədəki kitab mühitinə necə təsir edə bilər?

Şahbaz Xuduoğlu - Sosial Media

Şahbaz Xuduğlu deyir ki, dəyişikliyin ümumilikdə ölkədəki kitab mədəniyyətinə çox böyük təsiri olacaq: “Həm kitab çeşidlərinin, həm də tirajlarının artmasına təkan verəcək. Ümumi qiymət isə ən az 20 faizədək aşağı enəcək. Qərarın qəbul olunması kitab sənayesinə, kitab nəşrinə və kitab mədəniyyətinə böyük diqqətin bir hissəsidir və alqışa layiq hərəkətdir”.

Naşirin sözlərinə görə, məsələ ilə əlaqədar olaraq komitə sədri ilə söhbətləri də baş tutub: “Bu məsələ parlamentdə bir neçə dəfə Qənirə Paşayeva, Fazil Qəzənfəroğlu kimi deputatlar tərəfindən müzakirəyə qoyulmuşdu. Həmin ərəfədə Tahir Mirkişili ilə görüşdük. Ona ölkədəki kitab mədəniyyətinin ümumi mənzərəsi maraqlı idi. Biz də bu barədə komitə sədrinə məlumat vermişdik”.

Ş.Xuduoğlunun sözlərinə görə, ölkədə kitab sahəsinin böhranlı vəziyyətdə olmasının səbəblərindən biri məhz vergi yükünün çox olmasıdır: “Azərbaycanda həm kitab satıcısı vergi verir, həm də kitab istehsalı üçün ölkəyə gələn xammal məhsuluna görə vergi alınır. Məsələn kitab kağızına və kitab nəşri ilə bağlı avadanlıqlara görə 18 faiz əlavə dəyər vergisi ödənilir. Qanuna parlament dəstək verəcəksə, kitabın yükü xeyli azalmış olacaq. Belə olan təqdirdə isə kitabın inkişaf dövrü başlayacaq”.

Rasim Qaraca - Sosial Media

“Alatoran” nəşrlər evinin direktoru Rasim Qaraca isə kitab məhsullarının vergi və gömrük rüsumlarından azad edilməsinin indiyədək gecikmiş qərar olduğunu deyir: “Buna baxmayaraq parlament tərəfindən müzakirə edilərək qəbul olunarsa, sözsüz ki, kitab sahəsi üçün önəmli hadisə olacaq. Azərbaycanda kitab qiymətləri baha olduğu üçün geniş oxucu kütlələrinə kitabların çatımlılığında problemlər var. Bu baxımdan qanun həm kitabın qiymətinin ucuzlaşmasına, həm də nəşriyyat işlərinin sürətlənərək daha effektiv olmasına gətirib çıxaracaq. Gec də olsa təqdir olunacaq qərardır”.

Digər ölkələrdə vəziyyət necədir?

Gürcüstanda kitab kağızına əlavə dəyər vergisi tətbiq olunmur. Türkiyədə 2019-cu ildən etibarən nəşrlərin topdan satışından ƏDV tutulmur. Kitab satanların istehlakçılara satdığı kitablara və dövri nəşrlərə 8 faiz ƏDV tətbiq olunur. Belarusda isə bütün kitab mağazaları bütün vergilərdən azaddır..
Ümumilikdə Avropada 60-a yaxın ölkə kitab, kitab kağızı və mətbəə avadanlıqlarına ƏDV tətbiq etmir.

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar