Sosial

Şahin Cəfərli: "Üzbəüz görüşdə Bayden Putinə xəbərdarlıq edəcək ki..."

Aytac Məmmədli
14 May, 2021
275

Sosial media

"Üzbəüz görüşdə Bayden Putinə xəbərdarlıq edəcək ki, Ukraynaya hücum niyyətinə düşməsin".

Siyasi şərhçi Şahin Cəfərli "Toplum TV"-yə belə deyir.

Kiyev məhkəməsi mayın 13-də Putinin yaxın dostu, qızının xaç atası Viktor Medvedçukun və dövlətə xəyanətdə ittiham edilən daha bir Rusiya yönümlü millət vəkilinin ev dustaqlığına məhkum edilmələriylə bağlı qərar çıxarıb.

Ş.Cəfərli hesab edir ki, Amerika Ukraynaya təhlükəsizlik təminatı verdiyi üçün hökumət Rusiyaya bağlı şəbəkənin - 5-ci kolonun üzərinə qətiyyətlə getməyə başlayıb:
"Bu prosesə hələ fevralın axırından start verilmişdi. Son olaraq da Putinin Ukraynada bir nömrəli adamı olan Medvedçuk vətənə xəyanətdə ittiham edilərək ev dustaqlığına məhkum edildi. Əgər Amerikanın təhlükəsizlik təminatı olmasaydı, Ukrayna bu addımı atmazdı".

Cəfərli Ukraynanı qorumaqda Bayden administrasiyasının Tramp hökumətindən daha israrlı olduğunu vurğulayır.

Hökm oxunduqdan sonra Viktor Medvedçuk mübarizəsini davam etdirəcəyini bildirib; deyib ki, ittihamın siyasi motivli olub-olmadığı araşdırılmalıdır.

Daha əvvəl Viktor Medvedçuka dövlətə xəyanət ittihamı ilə bağlı cinayət işində fiqurant olması barədə məlumat verilmiş, Ukraynanın Milli Təhlükəsizlik Xidməti (SBU) onun Kiyevdəki evində və ofisində axtarış aparmışdı.

Medvedçuk və onun “Həyat uğrunda” müxalifət platforması ittihamların siyasi motivli olduğunu bəyan etmişdilər.

Bundan başqa, Ukrayna Milli Təhlükəsizlik Şurası Medvedçuka və arvadı Oksana Marçenkoya qarşı, prezident Volodimir Zelenskinin hökuməti isə Medvedçuka aid olduğu deyilən üç telekanala sanksiyalar tətbiq edib.

Bu sanksiyalar ABŞ dövlət katibi Entoni Blinkenlə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında danışıqlardan az sonra elan edilib.

Amerika özü ona hələ 2014-cü ildə - Ukraynada demokratiyanın inkişafına ziyan vurduğuna görə sanksiyalar tətbiq edib. Amma qarşıdakı görüş ərəfəsində ABŞ Rusiyayla münasibətləri gərginləşdirməmək siyasəti yürüdür - “Kolonial Payplayn” boru kəmərinə haker hücumunun (10 may) Rusiya hakerləri tərəfindən təşkil edildiyini bildirən prezident Bayden mayın 14-də bunun arxasında Rusiya hakimiyyətinin dayandığına inanmadığını qeyd edib.

Ş.Cəfərlinin fikrincə, Rusiya da ABŞ-la gərginliyinin artmasında maraqlı deyil: "Hazırda Putin-Bayden görüşünə hazırlıq davam edir, tarix bəlli olmasa da, iyun ayının ortalarında olacağı gözlənilir. Putin Rusiyası görüş ərəfəsində Amerika ilə yeni bir gərginlik yaratmaq istəmir. Çünki bu həm görüşü gündəmdən çıxarar, həm də atmosferi korlayar".

Cəfərli deyir ki, bunu sübut edən faktlardan biri də Rusiyanın Ukrayna ilə sərhəddə cəmləşdirdiyi hərbi qüvvələri geri çəkməyə başlamasıdır:
"Ukrayna ətrafında kuliminasiya həddinə çatan gərginlik artıq zəifləyir. Bu da Baydenlə görüş ərəfəsində Putinin "xoşniyyətli addımı" kimi qiymətləndirilə bilər. Hazırda Rusiya-ABŞ münasibətləri prezidentlərin görüşünə köklənib. Bu görüşdən sonra aydın olacaq ki, münasibətlər hansı istiqamətdə inkişaf edir - gərginlik artır, yoxsa razılıq əldə olunur?"

Ş.Cəfərli görüşdə ciddi irəliləyiş əldə olunacağını düşünmür: "Müəyyən məsələlər üzrə razılığa gələ bilərlər, məsələn, kiberhücumlar və Ukrayna barədə. Bayden özü də qeyd edib ki, görüşdə kiberhücum mövzusu müzakirə olunacaq. Ola bilər ki, bunun qarşısının alınması ilə bağlı mexanizm hazırlansın”.

Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Sosial

Son sutkada cəmi 38 nəfər virusa yoluxub

19 İyun 2021

Banker.az

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 19-da verilən məlumata görə, “COVID-19”dan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 335 437nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, ötən müddət ərzində isə ümumilikdə 3 668 281test aparılıb.
Seçilmiş Videolar