Sosial

Şahvələd Çobanoğlu:  “Onlar mətbuat üzərində qələbələrini bayram edirlər”

Aytac Məmmədli
22 İyul, 2022
777

Açıq mənbələrdən götürülüb

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür.

Bu münasibətlə bu gün Şuşada beynəlxalq media forumu keçirilir. Prezident İlham Əliyevsə media nümayəndələrinə müraciətində bildirib ki, Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoyub.

“Onlar mətbuat üzərində qələbələrini bayram edirlər”

“Toplum TV-yə danışan jurnalist Şahvələd Çobanoğlu Prezidentin çıxışına belə münasibət bildirir.

O deyir ki, bu gün Azərbaycan mətbuatında irəliləyişdən söhbət gedə bilməz.

“Azərbaycan mediası tar-mar edilib, həm də məhz İlham Əliyevin siyasəti nəticəsində.  Özü siyasi partiya üzvü olan Prezidentin fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı. Bu həm konstitusiyaya, həm də mətbuat azadlığına zidd olan bir hal idi. Jurnalistikanı məhv ediblər, indi də qayğı göstərirlər? Jurnalistikaya niyə qayğı olmalıdır ki? Niyə reklam bazarı yoxdur? Niyə jurnalistika öz ayağı üstə dura bilmir?”

Şahvələd Çobanoğlu - Açıq mənbələrdən götürülüb

Ş. Çobanoğlunun sözlərinə görə, yeni qəbul edilmiş «Media haqqında» qanun da hakimiyyətin mətbuatı boğmasının bir sübutudur.

“Əvvəllər xalqdan oğurlanmış pulları gizli verirdilər, indi isə açıq şəkildə mətbuatın susdurulmasına və məhv edilməsinə yönləndirirlər. Müstəqil media qurumları ayaqda dura bilmir, jurnalistlər ölüm təhlükəsi altında işləyirlər. Hələ mən həbsləri, hədələri, qadağaları demirəm...”

Jurnalistin fikrincə, bu gün medianın inkişafından danışanlar, əslində mətbuat üzərində qələbələrini bayram edirlər.

“Jurnalistlər həmişə hədələnirlər”

Əməkdar jurnalist, deputat Aqil Abbas isə Prezidentin dediklərinə dəstək çıxır. O ölkə mediasının inkişaf etdiyini hesab edir.

“Sosial media vasitəsilə insanlar asanlıqla istədikləri məlumatları əldə edə və paylaşa bilirlər. Saytların bloklanmasını düzgün hesab etmirəm. Amma onsuz da bloklanan saytlara sosial şəbəkələrdə çatmaq mümkündür”.

Aqil Abbas - Açıq mənbələrdən götürülüb

Jurnalistlərin təhlükə altında işləməsi haqda fikrə gəlincə, deputat deyir ki, dünyanın hər yerində jurnalistlər çətin şəraitdə çalışırlar:

“Jurnalistlər həmişə hədələnirlər. Sovet hökuməti vaxtında da bu belə idi. Düzünü yazanlar həmişə bu problemlərlə üz-üzə qalırlar. Burda qeyri-adi bir şey yoxdur. Bundan qorxmaq lazım deyil. Düzü, bəzən jurnalistlər də ağını çıxarır”.

“Biz o inkişafı görə bilmirik”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə inkişaf dedikdə nəyin nəzərdə tutulduğunu anlamadığını söyləyir.

“İnkişaf nəyə deyilir? Mediaya yönəldilən vəsaitlərmi, onların artırılmasımı? Mən inkişafa dəlalət edəcək rəqəmləri görməmişəm. Nə reklam bazarında, nə tirajların ölçüsündə, nə keyfiyyətdə, nə də medianın xarici kanallara çıxışında...”

Bəs inkişafın əvəzində nə var?

“Medianın xroniki problemləri, yeni insanların başında dayandığı köhnə idarəçilik, vahid mərkəzdən idarə olunma, vahid mərkəzdən maliyyələşmə, media bazarının formalaşmaması”,- deyə A. Əliyev cavab verir.

Arif Əliyev - Açıq mənbələrdən götürülüb

Ekspertin sözlərinə görə, Azərbaycanda qismən söz azadlığı var: “Müəyyən məhdudiyyətlərlə öz fikirlərimizi  çatdıra bilirik, amma efir məkanında müstəqil medialar, müstəqil teleradio kampaniyaları yoxdur”.

147 illik yolun xülasəsi

Azərbaycanda ilk mətbu orqanın əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərlik etdiyi "Əkinçi” qəzeti ilə qoyulub.

1991-ci ildə Prezident Ayaz Mütəllibovun verdiyi fərmana əsasən, 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Prezident Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.

Buna baxmayaraq, bir çox beynəlxalq təşkilatlar və müstəqil yerli ekspertlər ölkə mediasında qeyri-rəsmi senzuranən, təzyiq və repressiyaların mövcud olduğunu söyləyirlər.

Senzuranın ləğv edildiyi vaxtdan bəri ölkədə bir jurnalist və publisist qətlə yetirilib. Hələ də həbsdə olan jurnalistlər var. Bir sıra qəzetlər bağlanıb, müstəqil saytlar bloklanıb. 

Bu ilin mayında da jurnalist Aytən Məmmədova yaşadığı binanın liftinə daxil olarkən bıçaqla hədələnib. O, bu hücumu peşə fəaliyyəti ilə əlaqələndirib.

2022-ci ildə "Media haqqında” qanunu təsdiqlənib.

Qanunun qəbul edilməsi beynəlxalq təşkilatlar və müstəqil yerli jurnalistlər tərəfindən narazılıqla qarşılanıb.

Son olaraq, bu gün - milli mətbuat tarixinin 147-ci il dönümündə Azərbaycan "Mətbuat azadlığı" indeksinə görə dünya ölkələri arasında 154-cü yerdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 
Sosial

Nazir: Pandemiya uşaqların təhsilinə ciddi zərər vurub

11 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq". Toplum Tv APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. “Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- nazir açıqlamasında qeyd edib.  https://toplum.tv/sosial/pazerbaycan-mekteblerinde-telefon-qadagan-edile-bilerp Emin Əmrullayev çıxışında hazırkı təhsilin keyfiyyətindən də danışıb.  "Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik", - o qeyd edib.  O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik: "Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik....

Seçilmiş Videolar

Toplum TV loqo