Sosial

Şair Mehriban Əliyevaya şikayətli təbrikdən sonra polisə çağırılıb

Fərid İsmayılov
26 Avqust, 2022
1843

"Polis rəisi dedi ki, bu tip şeirlər paylaşmasan, yaxşı olar".

Bu sözləri Toplum TV-yə bu gün polisə çağırılan şair İbrahim Xudayi deyib.

Şair vitse-prezident Mehriban Əliyevanın doğum gününü sosial şəbəkə hesabında belə təbrik etmişdi:

"Bu gün sizin doğuluş gününü qeyd edirik,
Qırılırıq acından özümüzdən gedirik.
Bilmirik dərman alaq, bir manata, ya çörək?!
Sizi həmişə mehriban, həmişə xoşbəxt görək!
Əsir əlim ayağım, boğuluram öfgədən,
Gorun çartlasın bizə, yaltaqlığı öyrədən!
Sizi təbrik edirəm sidq ürəklə ac, susuz
Bir əlimdə göy çörək, bir əlimdə soğan, duz".

Daha sonra şair bu gün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən idarəyə çağırılıb. 

O sosial şəbəkə hesabında yazıb ki, onu kirayə qaldığı evin sahibəsi ilə münaqişəsinə görə çağırıblar. 
 
Şairin yazdığı şeir isə sosial şəbəkədəki hesabından silinib.

İbrahim Xudayi Toplum TV-yə deyib ki, şeiri polis rəisi ilə görüşəndən sonra silib: "Mən polis polkovniki Nəzər Əsgərovla görüşdüm. Şeiri heç kim mənə zorla sildirməyib. Lakin polis rəisi dedi ki, belə şeirlər olmasa, yaxşıdır. Bu sözə görə silməsəm də, 5-10 faiz onun sözünün də təsiri oldu. Vəziyyətim hazırda yaxşıdır. Sağ olsun, Nəzər Əsgərov. Hər hansı bir zorakılıq hadisəsi də olmadı". 
 

Sosial

DİN məktəbdə narkotikli konfetin peyda olmasına aydınlıq gətirib 

4 Oktyabr 2022

Rəsmi səhifə

Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.  Bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev sosial media hesabında məlumat yayıb.  Onun sözlərinə görə, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib. https://toplum.tv/sosial/mektebde-doyulen-usagin-atasi-polis-ne-doyene-deyir-ne-video-cekene  "Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.  Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb", - Elşad Hacıyev bildirib.  DİN rəsmisi valideynlərdən sosial şəbəkələrdə...
Sosial

Məktəbdə döyülən uşağın atası: Polis nə döyənə dəyir, nə video çəkənə

Roza Məmmədova
4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Məktəbdə uşağın döyülməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırma başlayıb. Lakin döyülən şagirdin atası Namiq Zeynalov araşdırmanın gedişindən narazıdır. “Toplum TV” yə açıqlamasında o bildirib ki, hələlik oğlunu döyən uşağa şifahi töhmət verilib və başqa heç bir tədbir görülməyib. Valideyn bildirib ki, məktəb rəhbərliyi uşağın döyüldüyünü ona xəbər verməyib. O videonu sosial şəbəkələrdə gördükdən sonra xəbər tutub. Sosial şəbəkələrdə Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri ötən gün yayılıb. Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi valideynlərdən izahat alındığını, psixoloqların uşaqlarla söhbət apardığını bildirib. https://toplum.tv/sosial/112-sayli-sagirdin-bulinqe-meruz-qaldigi-bildirilir Sabunçu rayon 119 saylı məktəbin direktor əvəzi Lətifə Mustafayevə...

Seçilmiş Videolar

Toplum TV loqo