Sosial

Saxta arayış alverində günahlandırılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edildi

8 Aprel, 2021
30

Sosial media

Saxta arayış alverində günahlandırılan şəxs Xarici dövlətlərdə siyasi sığınacaq əldə etmək istəyən şəxslər üçün saxta sənədlər hazırlamaqla dövlət orqanlarını aldatmaqda təqsirləndirilən Azərbaycan vətəndaşı Almaniyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə aprelin 8-də Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, son beş il ərzində beynəlxalq axtarışda olan, adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən 200 nəfərdən çox şəxsin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və digər dövlətlərdən ölkəmizə ekstradisiyası təmin edilib.

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar