Sosial
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb
28 Noyabr, 2020
Baxış: 116
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlayıb. 

Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, Ermənistan silahlı qüvvələrinin hücumlarından zərər çəkmiş şəxsləri də əhatə edir. 

Nazirliyin mətbuat xidmətindən "APA"ya verilən məlumatda belə deyilir. 

Tədbirlər Planında aşagıdakılar nəzərdə tutulur:

Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;   

Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.
Sosial

Müharibədə ziyan görmüş rayon və şəhərlərdə bərpa işlərinə başlanıldı

27 Yanvar 2021

Press Klub

"Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”. Bunu yanvarın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib. O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb: “Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən...
Sosial

Afrikada quldurların öldürdüyü azərbaycanlının nəşi vətəninə göndərildi

27 Yanvar 2021

NTV

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həyatını itirən "Motsart" gəmisinin mühəndisi, Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.  Türkiyə mətbuatının yanvarın 27-də yaydığı məlumata görə, Fərman İsmayılovun cənazəsi əvvəlcə Türk Hava Yolların məxsus təyyarə ilə Qabondan İstanbula gətirilib, oradan da Azərbaycana göndərilib.  Yanvarın 23-də Türkiyə şirkətinə məxsus və Liberiya bayrağı ilə üzən "Motsart" adlı gəmi Nigeriyanın Loqos şəhərindən 180 km. aralıda dəniz quldurlarının hücumuna məruz qalıb. Məlumata görə, gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Məsələ ilə əlaqədar olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan tərəfinə başsağlığı verib.
Seçilmiş Videolar