Sosial

Şəhid ailələrindən reportaj üçün pul istəyənlər həbs olundu

13 İyul, 2021
1252

Sosia Media

Özlərini jurnalist kimi qələmə verən və şəhid ailələrindən reportaj üçün pul istəyən iki nəfər inzibati qaydada həbs olunub. 

Bu barədə Baş Prokurorluq açıqlama yayıb. 

Qurumun məlumatında bildirilir:

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində jurnalistlərin şəhid ailələrindən şəhidlər haqqında material hazırlamaq məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələri barədə  məlumatlar yayılıb. Həmin xüsusatlar üzrə Baş Prokurorluğun Cinayət tətqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırmalarla Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib, efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilib.

Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib".

Baş Prokurorluq bu kimi həssas hallardan sui-istifadə edərək qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...
Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 

Seçilmiş Videolar

Toplum TV loqo