Sosial

Şəhid anası: “Əlimi açıb yalvardım ki, tabutdakı oğlum olsun”

Vüsalə Mikayıl
27 Sentyabr, 2021
1788

Toplum TV

“Sentyabrın 27-də müharibənin elan olunmasını mənə Cəmil zəng vurub dedi. Necə sevinirdi. Oğlum necə sevinirdi, İlahi? Mən başa düşə bilmirdim ki, nəyə sevinir? Yəqin ki, o artıq torpaqların geri qaytarılacağını bilirdi. Çox ağladım o gün. Oğullarımın üçü də müharibədə idi”. 

Bu sözləri “Toplum TV”–yə Qarabağ müharibəsində həlak olan Cəmil Həşimlinin anası Simuzər Bağıyeva deyir.

Cəmil Həşimli 11 avqust 1995-ci ildə Kürdəmir şəhərində anadan olub. 2013-cü ildə orta məktəbi bitirib və həmin ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. 
Gizir Cəmil Həşimli Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Cəmil Həşimli - Toplum TV

Simuzər Bağıyeva danışır ki, Cəmil 2020-ci ilin martında Xüsusi Təyinatlılar qrupuna yazılsa da, hərbi təlimlər başladığına görə yenidən qulluq etdiyi hərbi hissəyə qayıtmalı olub. 

“Təlimdə qrup rəhbəri Milli Qəhrəman, general Şükür Həmidov idi. Şükür Həmidovla aralarında xüsusi bir bağ vardı” – anası danışır.

O deyir ki, Cəmil axrıncı dəfə evə gələndə dayısına tezliklə Qubadlıda olacaqlarını deyib: “Qardaşım onda dedi ki, Qubadlı hara, biz hara. Amma mən bilirdim ki, Cəmil heç vaxt yalan danışmaz”.

“Çox qürurlu idim. Hətta yerişim də dəyişmişdi”

Simuzər Bağıyeva müharibənin başladığını Cəmilin dilindən eşitdiyini söyləyir: “Dəstəyi yerə qoyduqdan sonra elə bildim dünyada tək qalmışam. Oğullarımın üçü də əsgər idi, üçü də düşmənlə üzbəüz.  Amma həm də qürurlu idim. Hətta yerişim də dəyişmişdi”.

Cəmil Həşimli - Toplum TV

Buna baxmayaraq, övladlarının mümkün olduqca ona hər gün zəng vurduqlarnı da deyir: “Oktyabrın 5-nə qədər hər gün Cəmillə danışırdıq. Hücuma gedəndə, qayıdanda mənə zəng vururdu. Axrıncı dəfə həmin gün altının yarısında danışdıq. Hücuma gedəcəkdi. Balam 7-yə qalmış şəhid olmuşdu. Mən həmin gün Bakıda idim. Axşam 9-a qalmış zəng vurdular ki, Cəmil yaralanıb. Mən onda başa düşdüm ki, oğlum şəhid olub”.

Bir ananın dilinə gətirəcəyi ən çətin dua bu olsa gərək: “Əlimi açıb yalvardım ki, tabutdakı Cəmil olsun”

Cəmil Həşimli - Toplum TV

Simuzər Bağıyeva oğluyla son vidasını belə xatırlayır: “Gecə evə çatanda gördüm ki, artıq balamın nəşini gətiriblər. Böyük oğlum mənə yaxınlaşıb dedi ki, deyilənə görə, Cəmilin nəşi neytral hissədə qalıb. Bu Cəmilin nəşi olmaya bilər. Onda əlimi açıb yalvardım ki, tabutdakı Cəmil olsun. Çünki mən onun “neytral”da qalmasına dözə bilməzdim. Allah onda mənim üzümə baxdı ki, tabutdakı mənim balam oldu”.

Ana danışır ki, Cəmil ölümü ilə bəlkə də də böyük qardaşının həyatını xilas edib: “Cəmil şəhid olanda böyük qardaşına zəng edib nəşi təhvil almasını istəyiblər. Elə bu vaxt böyük oğlum hücuma getməyə hazırlaşırmış. Biz sonradan öyrəndik ki, həmin hücum əməliyyatı zamanı çox əsgərimiz şəhid olub. Əgər böyük oğlum orda olsaydı, bəlkə də...”, - o sözlərini tamamlaya bilmir.

Müharibə. İtkin həyatlar...

“Gəlsin, birlikdə “Qarabağın” oyunlarına gedəcəyik”

“Elnur qismən hərbi səfərbərlik elan edildikdən sonra, sentyabrın 30-da hərbi xidmətə yollandı. Beyləqan korpusunda xidmət edirdi. Oktyabrın 7-nə qədər əlaqə saxlayırdıq. Ondan sonra Elnurdan xəbər ala bilmədik”.

Elnur Qədirli - Toplum TV

Elçin Qədirli itkin qardaşı Elnurun bir ildən artıqdır ki, nə səsini eşidib, nə də üzünü görüb.

Qədirli Elnur Rəcəb oğlu 27 avqust 1997-ci ildə İsmayıllı rayon Diyalı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan Elnur ötən ilki müharibədə itkin düşən 7 nəfərdən biridir. 

Elçin Qədirli oktyabrın 7-də qardaşı ilə axırıncı dəfə danışanda Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edirmiş: “Bəlkə də nə olubsa orda olub. Nə yaralandığını görən var, nə də minaya düşdüyünü”.

Elnur Qədirli - Toplum TV

Elnurun qardaşı deyir ki, oktyabrın 15-dən sonra onu axtarışına başlanılıb: “Bütün dövlət xəstəxanaları, hərbi hospitallarla əlaqə saxlasaq da, heç bir nəticə əldə etmək mümkün olmadı. DNK analizləri də götürülüb. Bizə dövlət tərəfindən rəsmi bir məlumat verilmir. Qardaşımın hansı şəraitdə itkin düşməsi, axrıncı dəfə hansı istiqamətdə döyüşdüyü barədə heç nə deyilmir”. 

O qardaşının həyat dolu, yardımsevər olduğundan danışır. 

“Futbolu çox sevirdi. Onunla “Qarabağ”ın bütün oyunlarına getmişdik. Gəlsin, yenə gedəcəyik”, - qardaşı yarı ümidli, yarı ümidsiz deyir. 

Elnur Qədirli - Toplum TV

Bu gün sentyabrın 27-də  müharibənin başlamasından bir il ötür. Azərbaycan və Ermənistan arasındakı savaş 44 gün davam edib. Döyüşlərdə Azərbaycanın 2907 hərbi qulluqçusu həlak olub, 7 nəfər itkin düşmüş hesab edilir. 

Ermənistan tərəfinin mülki şəxsləri hədəf alması nəticəsində müharibədə 100-dən çox mülki şəxs  həyatını itirib. 

Azərbaycan 44 günlük müharibədə Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...
Sosial

İyunda bir həftə iş olmayacaq

25 May 2023

Açıq mənbələrdən götürülüb

İyun ayında Silahlı Qüvvələr və Qurban bayramı ilə əlaqədar olaraq bir həftə iş olmayacaq. Toplum Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar çıxarıb.  Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. https://toplum.tv/sosial/pnazirlik-taksi-sirketleri-ldquoferdi-melumatlar-haqqindardquo-qanunu-pozurp Belə ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26,...

Seçilmiş Videolar

Toplum TV loqo